İyun 26, 2015 17:33 Asia/Baku
  • Zərif: İranlılar artıq tamahlığı qəbul etmirlər
    Zərif: İranlılar artıq tamahlığı qəbul etmirlər

İranın xarici işlər naziri deyib: İran yaxşı və insaflı bir anlaşma ardıncadır və artıq tamahlığı da qəbul etmir.

Fars Xəbər Agentliyinin məlumatına görə, Məhəmməd Cavad Zərif İslam İnqilabının Böyük Rəhbərinin ölkə rəsmiləri ilə görüşdəki bəyanatlarına işarə edərək, deyib: İnqilab Rəhbərinin də təkid etdiyi kimi iranlılar izzət ilə yanaşı olan bir anlaşma ardıncadırlar və tamahkarlığı da qəbul etmirlər.
Məhəmməd Cavad Zərif nüvə müzakirə heyətinə qoşulmaq üçün bu gecə bir heyətin başında Vyanaya səfər edəcək.
İran və 5+1 qrupu arasında nüvə müzakirələrinin son dövrü yekun anlaşmanın əldə olunması üçün təyin olunmuş 30 iyun tarixində başa çatacaq.
İran və 5+1 qrupunun müzakirə heyətləri 2 həftə öncədən xarici işlər nazirləri müavinləri və ekspertlər səviyyəsində yekun anlaşma sənədinin hazırlanması prosesinə start veriblər.
İranın xarici işlər naziri bir neçə gün öncə də Lüksemburqda Almaniy, Fransa və İngiltərə xarici işlər nazirləri habelə, Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi ilə həm ayrı-ayrılıqda, həm də kollektiv şəkildə görüşərək danışıqlar aparmışdı.
İran və 5+1 qrupu arasında yekun nüvə anlaşmasının əldə olunması üzrə səylərin həyata keçirilməsi ilə yanaşı, müzakirə tərəfləri anlaşmanın əldə olunmasına kimi təyin olunmuş son tarixin bir neçə gün uzadılması ehtimalından da xəbər veriblər. İran və 5+1 qrupu təqribən 20 aydır ki, İranın nüvə işi ilə bağlı anlaşmanın əldə olunması üzrə danışıqlar aparırlar.

Teqlər