İyun 27, 2015 12:35 Asia/Baku
  • İran qazının prioriteti qonşu ölkələrdir
    İran qazının prioriteti qonşu ölkələrdir

İranın Ticarət Palatasının sədrəvəzi deyib: İran qazının ixracatının prioriteti qonşu ölkələrdir.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İranın Ticarət Palatasının sədrəvəzi Pedram Soltani Tehranda çıxan Şərq qəzetinə verdiyi müsahibədə əlavə edib: İranın cənubunda qaz yataqlarındakı irəliləyişlər və daxili istehlakın təmin olunmasını nəzərə alaraq İran qonşu ölkələrə ixracat bazarlarını genişləndirmək iqtidarındadır.
Soltani bildirib: İran qazının ixracatının əsas və önəmli bazarları qonşu ölkələrdir. Çünki qısa yollar və boruların çəkilməsi ilə bu nəqli həyata keçirmək mümkündür.
Soltani İran qazının Əfqanıstana ixrac olunmasına toxunaraq deyib: Hazırda Əfqanıstanın yanacağı birbaşa və yaxud İran və Türkmənistan və ya Qazaxıstandan nəql olunmaqla təmin olunur və təbiidir ki, onların İran vasitəsi ilə qazı almaları davam edəcəkdir.
İranın Ticarət Palatasının sədrəvəzi həmçinin İran qazının dünya ölkələrinə nəql olunmasının yolları barədə də xatırladıb: İran qazının Türkiyə və bu vasitə ilə Avropaya nəqli əsas yoldur.
Soltani deyib: Digər yol İran qazının boru kəməri vasitəsi ilə Pakistana və sonra isə Hindistana və Çinə nəql olunmasıdır. Fars körfəzinin cənub ətrafındakı ölkələri, dinclik və stabillik olduğu halda Əfqanıstan, İraq və Suriyaya qaz nəqli digər yollardandır.

Teqlər