İran prezidenti Beynəlxalq Narkotik Maddələrlə Mübarizə Günü konfransına müraciət ünvanladı
İyun 27, 2015 08:35 Asia/Baku
-
Narkotik maddələr olmayan dünya üçün əsaslı addımların atılsın
İran İslam Respublikası prezidenti narkotik maddələri olmayan dünyaya malik olmaq üçün əsaslı addımların atılmasını istəyib.
Səhər Beynəlxalq Televiziyasının Prezident Aparatının informasiya portalına istinadla verdiyi məlumata görə, İran İslam Respublikası prezidenti Həsən Ruhani şənbə günü Beynəlxalq Narkotik Maddələrlə Mübarizə Günü və 3700-dən çox şəhid və 12000 əlilin əzizlənməsi və xatirəsi məqsədilə keçirilən konfransa müraciət ünvanlayıb: Beynəlxalq ictimaiyyət, xüsusilə də beynəlxalq dairələr narkotik maddələrin istehsalı və qaçaqçılığı ilə mübarizədə siyasətlər təyin edərək və proqramlar tənzimləyərək daha aktiv iştirak etməlidirlər.İran prezidentinin müraciətində bildirilir: Narkotik Maddələrlə Mübarizə Beynəlxalq Günü narkotik maddələrin təhlükəli xəsarətlərinə qarşı ümumi dəstəyin cəlb edilməsi, məlumatlandırılması, eləcə də ictimaiyyətin bu fenomenlə hərtərəfli və amansız mübarizə aparması qənimətli fürsətdir.
Ruhaninin sözlərinə görə, təəssüflər olsun ki, gələcəyin inkişafının təsisçiləri və arxası hesab olunan gənclər narkotik maddələrin ilk qurbanlarındandırlar.
Ruhaninin müraciətində əlavə olunur: Hazırda İran İslam Respublikası mübarizə tədbirləri ilə paralel olaraq yerli elmi potensiallardan yararlanaraq və təşkilatların maksimum iştirakından istifadə edərək bu zərərin önləyici, müalicə və azaldılması proqramlarını icra etməkdədir. Və bu digər ölkələr üçün münasib örnək ola bilər.
26 iyun Beynəlxalq Narkotik Maddələr və Qeyri-Qanuni Qaçaqçılıqla Mübarizə Günüdür.
Teqlər