İyun 27, 2015 13:43 Asia/Baku
  • Narkotiklərlə mübarizədə neçətərəfli əməkdaşlıq zəruridir
    Narkotiklərlə mübarizədə neçətərəfli əməkdaşlıq zəruridir

İranın narkotik maddələrlə mübarizə qərargahının baş katibi narkotik maddələlrə mübarizə sahəsində müxtəlif ölkələr və beynəlxalq qurumlarla davamlı və təsirli əməkdaşlığı vurğulayıb.

Səhər Beynəlxalq Televiziyasının İSNA-ya istinadlı məlumatına görə, İranın daxili işlər naziri və narkotik maddələrlə mübarizə qərargahının baş katibi Əbdürrza Rəhmani Fəzli şənbə günü Tehranda keçirilən Beynəlxalq Narkotik Maddələrlə Mübarizə Günü konfransında 80%-dən çox narkotik maddələrin İranın qonşusu olan Əfqanıstanda istehsal olunduğuna toxunaraq deyib: İran narkotik maddələrin tranzit yolunda yerləşdiyinə görə, ən çox təhdidlərlə üzləşir və ən çox mübarizəni də aparır. Halbuki çox az beynəlxalq əməkdaşı vardır.
Rəhmani Fəzli bildirib: İranın narkotik qaçaqçıları ilə mübarizəsi dini inanclar, insan dəyərləri və insan haqları çərçivəsində həyata keçirilir və mübarizənin çevrəsi nə qədər genişlənərsə, çoxlu insanlar üçün mənfəətə səbəb olur.
İranın narkotik maddələrlə mübarizə qərargahının baş katibi bildirib: Əgər müxtəlif ölkələr, beynəlxalq qurumlar, xüsusilə də BMT tərəfindən narkotik maddələrlə mübarizə sahəsində davamlı, təsirli və faydalı əməkdaşlıq olarsa, qaçaqçılıqla mübarizəni genişləndirmək olar. Üstəlik Əfqanıstanda məişəti təmin etmək kimi siyasətləri tətbiq etməklə, narkotik maddələrin əkilməsinin qarşısını almaqla bu istiqamətdəki mübarizənin təsirlərini daha yaxşı hiss etmək olar.

Teqlər