Zərif: Yaxşı anlaşmaya çatmaq önəmlidir
İyun 27, 2015 17:10 Asia/Baku
İran xarici işlər naziri İran xalqının hüququ və mənafeyinə riayət olunan və bütün dünya üçün yaxşı anlaşmanı əldə etmək məqsədilə Vyanaya gəldiyini deyib.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Vyanaya daxil olduqdan sonra jurnalistlərə verdiyi açıqlamada deyib: Əgər qarşı tərəf İran xalqının hüququnu rəsmən tanımağa hazır olarsa, sanksiyaları ləğv edərsə, İranın addımları ilə yanaşı öz addımlarını atarsa və tamahkarlıq etməzsə, hamının xeyrinə olacaq yaşı anlaşmaya çatmaq ehtimal olunur.Zamanın önəmli olmadığını və yalnız yaxşı anlaşmanın əldə olunmasının əhəmiyyət daşıdığını bildirən Zərif əlavə edib: Yaxşı bir anlaşma əldə olunmalıdır.
İran xarici işlər naziri bir neçə gün öncədən Vyanada olan İranın nüvə müzakirə komandasına qoşulduqdan sonra bu gün ABŞ dövlət katibi Con Kerri ilə görüşərək danışıqlar aparıb.
Fransa, İngiltərə və Almaniya xarici işlər nazirləri və Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatoru Federika Mogerini bu gün və sabah Vyanaya daxil olacaqlar.
Yekun Müştərək Təşəbbüs Porqramı mətninin tənzimlənməsi üzrə İran və Altılıq qrupunun nüvə məsləhətləşmələrinin 8-ci turu 17 iyundan müavinlər səviyyəsində Vyana şəhərində keçirilməkdədir.