İyun 28, 2015 09:30 Asia/Baku
  • İnqilab Rəhbəri: İran xalqı şəhidlər və şəhid ailələrinə borcludur
    İnqilab Rəhbəri: İran xalqı şəhidlər və şəhid ailələrinə borcludur

İslam İnqilabının Böyük Rəhbəri buyurublar: Amerikanın və onun bəzi muzdlularının düşmənçiliyini təbliğat bəzəyi ilə örtmək istəyənlər İranın və xalqının xainləridirlər.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei Ayətullah Behişti və İslam Respublikası partiyasının üzvlərindən 72 nəfərin 1981-ci il 28 iyunda şəhid olmasının ildönümü günü ilə əlaqədar ötən gecə bu şəhidlərin ailələri və Tehran vilayəti şəhidlərinin ailələri ilə görüşdə İranı və xalqını şəhidlər və şəhidlərin ailələrinə borclu adlandırıblar.
İslam İnqilabının Böyük Rəhbəri buyurublar: Hazırda İran qətiyyətli iradə, düşmənin tanınması və yumşaq müharibə səhnəsində, o cümlədən mədəniyyət, siyasət, ictimai həyat sahəsində düşmənlə qarşılaşmağa hazır olmağa ehtiyaclıdır. Amerika kimi düşmənlərin xəbis üzünü media bəzəyi ilə örtməyə çalışanlar xalqın istəklərinə qarşıdırlar.
İslam İnqilabının Böyük Rəhbəri düşmənin tanınmasının vacibliyini bir daha vurğulayaraq xatırladıblar: İran xalqı yumşaq müharibə meydanlarında, o cümlədən mədəniyyət, siyasət və ictimai sahədə düşmənin düşmənçiliyinin səviyyəsini tanımalı və qarşılaşmaq və mübarizə üçün hazır olmalıdır.
Həzrət Ayətullahülüzma Xamenei həmçinin 1981-ci il 28 iyun şəhidlərinin xatirəsini anaraq deyiblər: Ayətullah Behişti və bir qrup nazir, parlament deputatı, siyasi və inqilabçı fəalın şəhid olduğu 28 iyun kimi böyük hadisə təbii ki, İslam İnqilabının məğlubiyyəti ilə nəticələnməli idi. Lakin bu şəhidlərin qanının bərəkəti ilə təsəvvür olunanın tam əksi baş verdi və bu hadisədən sonra xalq birləşdi və inqilab həqiqi və düzgün yolunda qərarlaşdı.
28 iyun hadisəsindən sonra İmam Xomeyni (rə) tərəfindən ictimaiyyətin istiqamətləndirilməsinə toxunan İnqilab Rəhbəri əlavə ediblər: Bu hadisə inqilabın cəmiyyətin dərinliklərindəki qüdrətini düşmənlərə aydınlaşdırdı və onlar İslam İnqilabı ilə sərt davranışların nəticə verməyəcəyini başa düşdülər.
İnsan haqları iddiasında olan zalım qüdrətlərin həqiqi simasının ifşa olunmasını 28 iyun şəhidlərinin qanının bərəkətlərindən adlandıran İnqilab Rəhbəri xatırladıblar: 28 iyun cinayətini törədən həmin şəxslər hazırda Avropa və Amerikada azad şəkildə fəaliyyət göstərir, bu ölkələrin rəsmiləri ilə görüşür və hətta onlar üçün "insan haqları" mövzusunda iclaslar təşkil olunur.
İslam İnqilabının Böyük Rəhbəri belə davranışların insan haqları iddiaçılarının araqarışdıranlıq, ikiüzlülük və xəbisliklərinin kulminasiya nöqtəsində olduğunu göstərdiyini bəyan edərək deyiblər: Ölkəmizin terror nəticəsində 17 min şəhidi vardır. Onların əksəriyyəti əkinçi, işçi, fəhlə, universitet müəllimi, hətta uşaqlar və qadınlardır. Lakin bütün bu terrorları törədənlər insan haqları iddiasında olan ölkələrdə azad şəkildə gəzirlər.
İslam İnqilabının Böyük Rəhbəri İran xalqının şəhidlərin şadlığı ilə dolu olan, ifşaçı və ümidverici müraciətinə ehtiyaclı olduğunu bildirərək deyiblər: İran xalqı şəhidlər və şəhid ailələrinə borcludur və bu həqiqəqi inkar edənlər xalqın gələcəyinə biganədirlər, İran kimlikləri olmalarına baxmayaraq, əslində əcnəbidirlər.

Teqlər