Ruhani Küveyt teraktını pislədi
İyun 28, 2015 09:32 Asia/Baku
İran İslam Respublikası prezidenti Küveyt Əmiri Sabah əl-Əhməd əl-Cabir əl-Sabaha ünvanladığı müraciətdə İmam Cəfər Sadiq (ə) məscidinə qarşı terror aktını pisləyib.
Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadlı məlumatına görə, İran İslam Respublikası prezidenti Küveyt əmirinə ünvanladığı müraciətində bildirib: Təkfirçi qruplaşmaların Allahın təhlükəsiz evində və mübarək Ramazan ayında bu cinayəti törətməkdə islama qarşı məşum məqsədi islamı bədnam etmək, müsəlmanlardan qeyri-real sərt imic yaratmaq, təfriqə salmaq və onları qardaş öldürməyə təhrik etməkdir.Ruhani bu müraciətdə Küveyt Əmiri, dövləti və xalqına başsağlığı verərək ümidvarlıq edib ki, hamının iştirakı, səyi və əməkdaşlığı ilə islam təlimlərinin sayəsində regionda sülh və təhlükəsizliyin genişlənməsi, həmçinin bütün dünyada terrorizm və zorakılığın kökünün kəsilməsinin şahidi olacağıq.
Cümə günü bir kamikadze Küveytin mərkəzində yerləşən Səvabir məntəqəsində İmam Sadiq (ə) məscidinə daxil olaraq üzərindəki partlayıcı qurğunu işə salıb. Nəticədə 26 namaz qılan, o cümlədən 3 İran vətəndaşı şəhid olub və təxminən 230 nəfər də yaralanıb.
Bundan öncə Küveyt dairələri bu hadisə şəhidlərinin sayını 27 nəfər elan etmişdilər.
İŞİD terror qruplaşması bu terror aktının məsuliyyətini üzərinə götürüb.