İyun 29, 2015 09:28 Asia/Baku
  • Zərifin ikitərəfli görüşləri
    Zərifin ikitərəfli görüşləri

İranın xarici işlər naziri dünən axşam ABŞ-ın dövlət katibi, Avropa Birliyinin xarici siyasət üzrə koordinatoru, Almaniyanın xarici işlər naziri və Çin xarici işlər nazrinin müavini ilə görüşüb

Səhər kanalının məlumatına görə, Məhəmməd Cavad Zərifin Con Kerri, Federika Moqerini, Frank Valter Ştanmayer və Vanq Yi ilə görüşləri İngiltərənin xarici işlər naziri Filipp Hamond ilə məsləhətləşmələrindən sonra baş tutub.
İranın xarici işlər naziri və ABŞ-ın dövlət katibinin görüşü son iki gündə onların dördüncü məşvərətidir.
Almaniyanın xarici işlər naziri öz iranlı həmkarı ilə görüşdən öncə bir neçə dəqiqə üçün Kuborq otelindən çıxaraq, müxbirlərin suallarını cavablandırıb.
Frank Valter Ştanmayer Lozanna razılaşmasına sadiqliyə təkid edib və deyib: Bu razılaşma bir mətnə çevrilməlidir. Bəlkə də nəzərə sadə görünmüş olsun, lakin bu, çətin bir işdir.
Qeyd edək ki, İranın xarici işlər naziri bazar günü gecə Tehrana geri dönüb və Tehranda bir gün qaldıqdan sonra Vyanaya qayıdacaq.
Zərif Vyananı tərk etməzdən öncə deyib ki, Tehrana getməsi öncədən hazırlanmış proqramdır.
İran ilə altılıq arasında əhatəli razılaşma mətninin yazılışı üzrə möhlət iyunun 30-da başa çatacaq.

Teqlər