İran kimyəvi silahların qurbanlarının hüquqlarının bərpasını vurğulayıb
İyun 29, 2015 10:10 Asia/Baku
İranın Sərdəşt şəhərinin İraqın BƏƏS rejimi tərəfindən kimyəvi bombardmana məruz qalmasının ildönümü günü ilə bir zamanda İranın xarici işlər naziri kimyəvi silahların iranlı qurbanları və bu silahlardan zədələnmiş iranlı müharibə əlillərinin hüquqlarının beynəlxalq səviyyədə bərpasından xəbər verib.
Səhər kanalının məlumatına görə, Məhəmməd Cavad Zərif bir müraciətdə bu hadisənin qurbanları və müharibə əlillərinin dərdi ilə səmimi qəlbdən bölüşərək, deyib: İyirmi səkkiz iyun İranın Sərdəşt şəhərinin müdafiəsiz və məzlum əhalisinin İraqın BƏƏS rejimi tərəfindən kimyəvi bombardmana məruz qalmasının iyirmi səkkizinci ildönümü gününə təsadüf edir və haqlı olaraq, İran İslam Respublikasında "kimyəvi və bioloji silahlarla milli mübarizə günü" adını alıbdır.İranın xarici işlər nazirinin müraciətində deyilir: Qəbul etdirilmiş müharibədə dünyanın zalım qüvvələri cəbhəsi və BƏƏS rejimini dəstəkləyən dövlətlər yenicə zəfər çalmış İslam İnqilabını yatırdacaqları ümidi ilə həmin rejimə əllərindən gələni əsirgəmədilər və bu rejimə ən modern adi silahlar verməkdən əlavə, onu kimyəvi silahlarla təchiz etməklə bəşəriyyət tarixinin ən qara səhifəsini yazmış oldular.
Zərif həmçinin öz müraciətində dünya ictimaiyyətindən istəyib ki, kimyəvi silahlardan zədələnmiş şəxslərə və onların ailələrinə dəymiş zərərlərin cüzi bir hissəsinin əvəzini çıxmaq məqsədilə bununla bağlı öz hüquqi və əxlaqi vəzifələrinə əməl etsin və bu bəşəriyyətə qarşı cinayətin himayəçiləri və amillərinin mühakimələri və cəzalandırılmalarına zəmin yaradaraq, zərərçəkənlərə dəymiş xəsarətlərin əvəzini çıxsın.
1987-ci il iyunun 28-də İraqın BƏƏS rejimi kimyəvi bombalardan istifadə edərək, İranın Sərdəşt şəhərini bombaladı ki, bu hücumda 119 nəfər adi şəhər sakini şəhid oldu və səkkiz mindən çox insan da zəhərli qazlara məruz qalaraq, kimyəvi zədə aldı.