İyun 30, 2015 10:27 Asia/Baku
  • İran prezidentinin xüsusi köməkçisi və Salehi müzakirələrə qatılırlar
    İran prezidentinin xüsusi köməkçisi və Salehi müzakirələrə qatılırlar

Vyanada nüvə müzakirələrinin həssas günlərində İran prezidentinin xüsusi köməkçisi və Atom Enerjisi Təşkilatının sədri bu müzakirələrə qatılacaqlar.

Səhər Beynəlxlaq Televiziyasının məlumatına görə, İran prezidentinin xüsusi köməkçisi Hüseyn Firudin və İranın Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi bu gün İran xarici işlər naziri Məhəmməd Cavad Zəriflə birlikdə Vyanada nüvə müzakirələrinə qatılacaqlar.
İranın Atom Enerjisi Təşkilatının sədri və prezidentin xüsusi köməkçisi Lozanna və Cenevrədəki ötən müzakirələrdə də iştirak etmişlər.
İran İslam Respublikası Atom Enerjisi Təşkilatının sədri bildirmişdi ki, əgər qarşı tərəf Lozanna siyasi anlaşmasına sadiq qalaraq tamahkarlıq etməzsə nüvə anlaşması əldə olunasıdır.
İran və 5+1 Qrupunun nüvə müzakirələrinin 8-ci tur müzakirələri Yekun Müştərək Təşəbbüs Proqramı mətninin tənzimlənməsi məqsədilə 17 iyundan müavinləri səviyyəsində Vyana şəhərində keçirilməkdədir.
İran və 5+1 Qrupu əsasən İranda Tədbir və Ümid hökumətinin iqtidara gəlməsi ilə təxminən 20 aydır, nüvə məsələsinin tam həlli üçün müzakirələrə başlamışdır.

Teqlər