İran xarici işlər naziri və ABŞ dövlət katibinin müzakirələri keçirilib
İyun 30, 2015 15:40 Asia/Baku
İran İslam Respublikası xarici işlər naziri və ABŞ dövlət katibinin yekun nüvə anlaşmasını əldə etmək məqsədilə ixtilafların həlli üzrə müzakirələri Vyanada yenidən başlayıb.
Səhrə Beynəlxalq Televiziyasının İRNA-ya istinadla verdiyi məlumata görə, İran xarici işlər naziri Məhəmməd Cavad Zərif və ABŞ dövlət katibi Con Kerri bir gün fasilədən sonra çərşənbə axşamı günü günortadan sonra Yekun Müştərək Təşəbbüs Proqramı mətninin tənzimlənməsi üzrə təyin olunan zamanın son günlərində ixtilafların aradan qaldırılması üzrə 5-ci tur iclası Vyanada keçiriblər.Bu məlumata görə, Rusiya xarici işlər naziri Sergey Lavrov və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Yukiya Amano da İran xarici işlər naziri ilə görüşmək üçün Vyanaya daxil olurlar.
1 iyul İranla 5+1 Qrupu arasında nüvə müzakirələi üçün təyin olunan zamandır və Altılıq qrupunun xarici işlər nazirləri bu gündən Vyanadadırlar.
İran xarici işlər naziri bu gün Vyanaya daxil olduğu zaman müzakirələri çox həssas adlandırıb və deyib: İran xalqının qəbul etdiyi yeganə anlaşma ədalətli, bərabər və İran xalqının milli və hüquqi izzətinə əsaslanan anlaşmadır. Hər bir şeydən daha çox ehtiyac duyulan məsələ qarşı tərəfin siyasi iradəsidir ki, qəbulediləsi və davamlı sonuca çatmağı asanlaşdırır.