Sanksiyaların ləğvi nüvə müzakirələrinin vacib şərtidir
İyun 30, 2015 17:02 Asia/Baku
İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri deyib: İran əleyhinə sanksiyaların ləğv olunması nüvə müzakirələrində vacib şərtdir.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Əlaəddin Brucerdi Amerikanın CNN telekanalının müxbirinə Tehranda verdiyi müsahibədə əlavə edib: İran və Altılıq qrupunun anlaşmasına əsasən İrana qarşı bütün sanksiyalar birdəfəlik ləğv olunacaq. Lakin bu sanksiyaların ləğvinin icrası prosesi zaman alacaq.Əlaəddin Brucerdi iki tərəfin anlaşmasına əsasən İrana tətbiq edilən məhdudiyyətlərin də zamana ehtiyaclı olduğunu bildirərək əlavə edib: İranın hərbi obyektlərinə baxışın keçirilməsi, təbii ki, nüvə müzakirələrində İranın qırmızı xəttidir.
Brucerdi bildirib: Anlaşmaya çatmaq üçün hər iki tərəf ciddi iradə ortaya qoymalıdır. İran Lozanna anlaşmasına əsasən məhdudiyyətləri qəbul etmiş və yekun anlaşmaya çatmaq üçün öz payına düşəni yerinə yetirmişdir.
İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri hazırda növbənin qarşı tərəf, xüsusilə də Amerikaya çatdığını bildirərək xatırladıb: İran xarici işlər naziri və ABŞ dövlət katibi bu müzakirlərdə yalnız nüvə proqramı barədə danışıqlar aparırlar və Tehran bu müzakirələrə Amerika üçün tarixi sınaq kimi baxır. Çünki Vaşinqton iki tərəfin arasındakı etimadsızlıq divarının doğrudan da yıxılmasını həqiqətən istədiyini sübuta yetirməlidir.