İyun 30, 2015 20:06 Asia/Baku
  • Sanksiyaların ləğvi üzrə zaman cədvəli müəyyənləşib
    Sanksiyaların ləğvi üzrə zaman cədvəli müəyyənləşib

İranın Vyanadakı nüvə müzakirə komandasına yaxın bir rəsmi sanksiyaların ləğvi üzrə zaman cədvəlinin müəyyənləşdiyini bildirib.

Səhər Beynəlxalq Televiziyasının İSNA-ya istinadlı məlumatına görə, İranın nüvə müzakirə komandasına yaxın bir diplomat deyib: İran əleyhinə tətbiq olunan sanksiyaların ləğvi zamanının detalları araşdırılmaqdadır.
"Anlaşmanın bütün detalları müəyyənləşmədiyi halda bir məsələ üzərində razılığın əldə olunduğunu demək olmaz" deyən diplomatın sözlərinə görə, lazımi zəmanəti müəyyənləşdirəcək formanın detalları və bütün cəhətlərin aydınlaşması üçün ağır və mürəkkəb iş davam edir.
İran xarici işlər naziri Məhəmməd Cavad Zərif çərşənbə axşamı günü ABŞ dövlət katibi Con Kerri və Rusiya xarici işlər naziri Sergey Lavrovla Vyanada ayrı-ayrılıqda yekun anlaşmanın mətninin tənzimlənməsi üçün təyin olunan müddətin son günlərində ixtilafların aradan qaldırılması üçün müzakirələr aparıb.
ABŞ dövlət katibi bu gün Zəirlə müzakirələrini yaxşı və səmimi adlandırıb.
İran xarici işlər naziri də deyib: Görünür iki tərəf anlaşmaya çata bilər.
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Yukiya Amano da bu gün İran xarici işlər naziri ilə görüşərək danışıqlar aparacaq.
Fransa, Almaniya və İngiltərə xarici işlər nazirləri Loran Fabius, Frank Valter Ştaynmayer və Filip Hamond da şənbə və bazar günləri iranlı və amerikalı həmkarları ilə görüşərək danışıqlar aparıblar.
1 iyul İranla Altılıq ölkələri arasında nüvə müzakirələri üçün təyin olunan zamandır və Altılıq ölkələrinin xarici işlər nazirləri bu gün Vyanaya daxil olacaqlar.
İran xarici işlər naziri Vyanaya daxil olduğu zaman deyib: İran xalqının qəbul etdiyi yeganə anlaşma ədalətli, bərabər və İran xalqının milli izzəti və hüququna əsaslanan analşmadır.

Teqlər