Zərif və Kerrinin Vyanada altıncı məşvərəti
İyul 01, 2015 19:56 Asia/Baku
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif və ABŞ dövlət katibi Con Kerri altıncı dəfə olaraq, Vyananın Kuborq otelində müzakirə aparıblar.
Fars xəbər agentliyinin məlumatına görə, İranın Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi və ABŞ-ın energetika naziri Ernest Moniz də yerli vaxtla saat on otuz dəqiqədən məşvərətdə olublar ki, nazirlərin iclasının başlanmasından on beş dəqiqə sonra nazir müavinləri və Helqa Şmidtlə yanaşı iclasa qatılıblar.İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib ki, nüvə müzakirələri üçün müddət təyin edilməyib. O, əlavə edib: Biz irəliləyişə malik olmuşuq, irəliləyişi davam etdirəcəyik və hər bir fürsətdən irəliləyiş üçün istifadə edəcəyik.
İranın xarici işlər naziri sabah günorta və günortadan sonra Almaniyanın, sonra isə İngilətərənin xarici işlər naziri ilə ikitərəfli görüşlər keçirəcək.