İyul 01, 2015 20:27 Asia/Baku
  • Vəliyullah Seyf
    Vəliyullah Seyf

İranın Mərkəzi Bankının baş müdiri bildirib ki, diplomatiya aparatının səyi ilə İran maliyyələrinin bir hissəsinin İranın daxilinə köçürülməsi problemi Vyana müzakirələri haşiyəsində aradan götürülüb.

IRNA-nın məlumatına görə, İranın Mərkəzi Bankının baş müdiri Vəliyullah Seyf əlavə edib: Bu bank və İran XİN tərəfindən göstərilmiş səylər əsasında, sanksiyalara görə, İranın daxilinə köçürülməsi imkanı olmayan İranın qızıl sərmayələrinin bir hissəsi dünən gecə uğurla İranın Mərkəzi Bankının xəzinəsinə təhvil verilib.
Vəliyullah Seyf əlavə edib: Öncədən satın alınmış və ötən iki ildə Cənubi Afrikada əmanət şəklində saxlanılan 13 ton qızıl sanksiyalara və bəzi sabotajlara görə, İran daxilinə köçürülə bilinmirdi.
Sanksiyaların aradan qaldırılması və İranın ölkə xaricindəki pul, valyuta və qızıl mənbələrinə maneəsiz şəkildə nailolma İranın nüvə müzakirə heyətinin cari nüvə müzakirələrindəki əsas hədəflərindən biridir.

Teqlər