İyul 02, 2015 15:10 Asia/Baku
  • Xarici işlər nazirləri önəmli ixtilaflar barədə qərar çıxarırlar
    Xarici işlər nazirləri önəmli ixtilaflar barədə qərar çıxarırlar

İranın nüvə müzakirə komandasının üzvü Vyana nüvə müzakirələrinin önəmli ixtilafları barəsində qərarın verilməsinin müzakirə tərəflərinin xarici işlər nazirlərinin öhdəsində olduğunu bildirib.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İranın nüvə müzakirə komandasının üzvü Məcid Təxt Rəvançi cümə axşamı günü Vyanada jurnalistlərə verdiyi müsahibədə son günlərdə müzakirələrin sıx şəkildə keçirildiyini bildirərək deyib: Ehtimal üzrə son günlər üçün 1-2 əsaslı ixtilaflı məsələ qala bilər ki, xarici işlər nazirləri onların barəsində qərar versinlər.
İranın nüvə müzakirə komandasının üzvü əlavə edib: Müzakirələrin təxminən son günləridir. Lakin dəqiq demək olmaz ki, hansı gün bitəcəkdir.
İran xarici işlər nazirinin müavini müzakirələrin səviyyəsi barədə də deyib: Bəzi məsələlərdə ekspertlərin iclası sona çatıb və məsələlər müavinlər səviyyəsinə gəlib və onların barəsində müzakirə davam edir.
Təxt Rəvançi 5+1 Qrupuna üzv ölkələrin xarici işlər nazirləri və Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatoru Federika Mogerinin cümə axşamı günü Vyanaya gəldiklərini bildirib və deyib: Keçirilən iclaslar ikitərəfli olacaqdır.

Teqlər