Şəmxani: Nüvə müzakirələrində ədalətli anlaşma əldə olunsun
İyul 02, 2015 15:24 Asia/Baku
İran İslam Respublikası Ali Milli Təhlükəsizlik Şurasının katibi 5+1 Qrupu ilə nüvə müzakirələrində ədalətli və bərabər anlaşmanın əldə olunmasını istəyib.
Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadlı məlumatına görə, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani cümə axşamı günü Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Yukiya Amano ilə Tehranda görüşdə Nüvə Silahlarının Yayılmamasına dair Sazişin üzv olaraq İranın hüququnun təminatçısı olacaq ədalətli anlaşmanın əldə olunması üçün İranın siyasi iradəsini vurğulayaraq deyib: Hər bir anlaşmanın davamlılığı və əsilliyi müzakirə tərəflərinin razılığının yaradıması çərçivəsindədir.Üzvlərlə əməkdaşlıqda MAQATE-nin texniki rolunun yüksəldilməsini vurğulayan Şəmxani bu beynəlxalq qurumun öz hüquqi mövqeyindən uzaqlaşmasını onun həqiqi və müsbət funksiyalara etimadının azalmasına səbəb adlandırıb.
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi ötən 12 il ərzində İranla AEBA arasındakı münasibətlərin eniş-yoxuşlarını açıqlarayaq deyib: İran keçmişdə olduğu kimi qalan məsələlərin həlli üçün agentliklə yaxın əməkdaşlığı davam etdirməyə hazırdır.
AEBA baş direktoru Yukiya Amano da bu görüşdə İrana yenidən səfərindən razılıq edərək müştərək əməkdaşlıqlar sahəsindəki mövcud həssaslıqlar və nigaranlıqları dərk ediləsi adlandırıb.
Mövcud maneələri aradan qaldırmaq üçün müştərək həll yollarının əldə olunması məqsədilə ikitərəfli əməkdaşlığın davam etdirilməsini vurğulayan Amano ixtilaflı məsələlərdən keçmək və əməkdaşlıqlar prosesinin sürətləndirilməsi üçün təkliflər irəli sürüb.
Atom Enerjisi üzrə Beynəlxalq Agentlik bir bəyanat verərək anlaşma prosesinin sürətləndirilməsi və qalan məsələlərin həllini baş direktorun Tehrana səfərinin məqsədi adlandırıb.
Amano bu gün İran İslam Respublikası prezidenti ilə də görüşərək danışıqlar aparacaq.