İyul 02, 2015 15:43 Asia/Baku
  • Müzakirələrdə irəliləyiş var
    Müzakirələrdə irəliləyiş var

İran xarici işlər naziri Vyanadakı nüvə müzakirələrinin irəliləyişlə yanaşı olduğunu bildirib.

Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadlı məlumatına görə, İran xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün İran və 5+1 Qrupu arasında nüvə müzakirələrini müsbət adlandırıb və deyib: İki tərəf anlaşmanın əldə olunmasında qətiyyətlidir.
Zərif deyib ki, Tehrana qayıtmaq üçün proqramı yoxdur.
Budan öncə bildirildi ki, Avropa ölkələri nazirlərinin öz ölkələrinə geri dönmələri ilə yanaşı İran xarici işlər naziri də Tehrana qayıdacaq.
Bu arada İran xarici işlər naziri 5+1 Qrupundakı bəzi həmkarları ilə Vyananın Koburq otelində sıx danışıqlar aparacaq.
Həmçinin Zərif Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatoru Federika Mogerini və sonra isə ABŞ dövlət katibi Con Kerri ilə ikitərəfli danışıqlar aparacaq.
Bu arada İranın nüvə müzakirə komandası bu gün səhərdən ekspertlər və müavinlər iclasına başlayıblar. İranın Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi və ABŞ-ın energetika naziri Ernest Muniz də texniki müzakirələri davam etdirirlər.
Ekspertlərin iclaslarının nəticəsi iki gün öncədən müavinlərə çatdırılıb və bəzi məsələlərin hələlik ekspertlərin araşdırmaları üçün qalmasına baxmayaraq, əsas işlər müavinlərin əlindədir.
İran xarici işlər nazirinin müavinləri Seyid Abbas İraqçı və Məcid Təxt Rəvançi cümə axşamı günü səhərdən ABŞ dövlət katibinin müavini Vendi Şerman və Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatorunun müavini Helqa Şmidtlə danışıqlara başlayıblar.

Teqlər