İran XİN Amerikanın İranın sərnişin təyyarəsinə raket hücumunun ildönümü ilə bağlı bəyanat verib
İyul 02, 2015 19:35 Asia/Baku
İran İslam Respublikası Xarici İşlər Nazirliyi Amerikanın hərbi gəmisinin 1988-ci ildə İranın sərnişin təyyarəsinə hücumunu beynəlxalq qaydaların açıq-aşkar pozulması adlandırıb.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İran XİN bu gün cümə axşamı günü 1988-ci il iyul ayında İranın sərnişin təyyarəsinin ABŞ-ın Vinsent gəmisi tərəfindən vurulmasının ildönümü günündə, bu hadisə qurbanlarının ailələrinin dərdinə yenidən şərik çıxaraq, bu hərəkəti Amerika tərəfindən beynəlxalq qanun və qaydaların açıq-aşkar pozulmasının bariz nümunəsi adlandırıb.İran XİN həmçinin bildirib: Amerika hökumətinin dəstəyinə malik dövlət terrorizminin nümunəsi olan bu cinayət heç vaxt tarixin yaddaşından silinməyəcək və Amerikanın insan haqlarının dəstəklənməsi üzrə əsassız və zəif iddialarını, bu ölkə tərəfindən beynəxalq qanunların etinasızlıq və pozulmasını açıq-aşkar şəkildə göstərir.
3 iyul 1988-ci ildə İran İslam Respublikasının 655 saylı uçuş təyyarəsi Fars körfəzi sularında Amerikanın Vinsent gəmisi tərəfindən iki raketlə hədəfə alındı. Nəticədə 290 nəfər şəhid oldu. 66 uşaq, 53 qadın, xarici ölkələrdən 46 vətəndaş İranın Airbas təyyarəsinin sərnişinləri idi.