Amano İran prezidenti ilə görüşüb
İyul 02, 2015 22:13 Asia/Baku
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Yukiya Amano bu gün günortadan sonra İran İslam Respublikası prezidenti Həsən Ruhani ilə görüşərək danışıqlar aparıb.
Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadlı məlumatına görə, Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə İran İslam Respublikasının əməkdaşlıq çərçivəsindəki əlaqələri və İranın nüvə proqramı, o cümlədən ötən nüvə fəaliyyətləri ilə bağlı bütün məsələlərin həllinin sürətləndirilməsi Amanonun İran rəsmiləri ilə görüşünün mehvərlərini təşkil edib.AEBA baş direktoru Tehrana səfər etməzdən bir gün öncə Koburq otelinə gedərək ABŞ dövlət katibi Con Kerri ilə görüşüb.
Amano tehran səfərində bu gün İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani ilə də görüşərək danışıqlar aparıb.