Tehranın cümə namazı
https://azeri.sahartv.ir/news/İran-i195474-tehranın_cümə_namazı
Tehranın müvəqqəti imamcüməsi paytaxtın cümə namazı xütbələrində deyib ki, İslam bu gün son dərəcə həssas və msili görünməmiş bir şəraitdədir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 03, 2015 10:38 Asia/Baku
  • İslam bu gün son dərəcə həssas və msili görünməmiş bir şəraitdədir
    İslam bu gün son dərəcə həssas və msili görünməmiş bir şəraitdədir

Tehranın müvəqqəti imamcüməsi paytaxtın cümə namazı xütbələrində deyib ki, İslam bu gün son dərəcə həssas və msili görünməmiş bir şəraitdədir.

Fars xəbər agentliyinin məlumatına görə, Ayətullah Məhəmməd İmami Kaşani əlavə edib: İslam ilə küfr arasında mübarizə və bir savaş yaranıbdır ki, bu mübarizənin ən geniş meydanı virtual mühitdir və onlar sosial şəbəkə və saytlarda İslama qarşı geniş və zəhərli təbliğatlar aparırlar.
Ayətullah İmami Kaşani sonra bildirib ki, bu, küfr dünyasının bütün islami dəyərlər və fəzilətlərə qarşı yaratdığı bir döyüş meydanıdır. O, söyləyib: Səudiyyə Ərəbistanı kimi bəzi islami ölkələr sionistlər tərəfindən idarə edilirlər və region ölkələrində İŞİD-i himayə ardıncadırlar, lakin bu fitnənin alovu tezliklə həmin ölkələrin özlərini bürüyəcək. İslami ölkələr müttəfiq və sayıq olmalıdırlar.