İyul 03, 2015 16:33 Asia/Baku
  • Ayətullah Məhəmməd İmami Kaşani
    Ayətullah Məhəmməd İmami Kaşani

Tehranın cümə namazı xətibi İslam düşmənlərinin təfriqə mahiyyətli fitnələri qarşısında şiə və sünni əhlindən olan müsəlman xalqların söz birliyi və vəhdətini vurğulayıb.

Tehranın cümə namazı xətibi Ayətullah Məhəmməd İmami Kaşani İslam dünyasının bugünkü durumunu sərt və həssas adlandırıb və deyib: İslam düşmənləri İslam ümməti arasında savaş yaratmaq üçün əllərindən gələni ediblər.
Ayətullah Məhəmməd İmami Kaşani vurğulayıb: İslam dünyasında müharibə törətmək üçün İŞİD, Cibhətunnusrə və Taliban kimi terror qruplarının yaradılması sionizm və dünya imperializminin müsəlmanları məhv etmək üçün Ərəbistan kimi bəzi ərəb ölkələrinə diktə etdikləri planlar çərçivəsindədir.
Tehranın müvəqqəti imamcüməsi deyib: Bəzi region ölkələri bu fitnələrin nəticələrindən xəbərdar olmadan İslam düşmənləri ilə səs-səsə veriblər və özlərinin neft pulunu təkfirin təbliğinə və terror qruplarının təlim görməsi və silahlanmasına xərcləyirlər.
Tehranın cümə namazı xətibi regionda və virtual şəbəkələrdə əsl İslama qarşı fəaliyyət göstərən terror qruplarının mövcudluğunu İslam ümmətinin mühüm problemlərindən adlandırıb və İslam dünyasının böyükləri, din alimləri və xətiblərindən istəyib ki, öz aydınlıq gətirmələri ilə islami və insani dəyərləri hədəfə alan hərəkətlərin davam etməsinin qarşıını alsınlar.
Ayətullah İmami Kaşani vurğulayıb: Bəzi Qərb ölkələri elə zənn edirlər ki, Suriya, İraq, Livan və digər nöqtələrdə terror qruplarını himayə etməklə yalnız müsəlmanlara zərbə dəyir və onlar mənfəət qazanırlar. Amma bu fitnənin alovu sonda terrorçularının hamilərini də bürüyəcəkdir.
Tehranın müvəqqəti imamcüməsi bütün bu problemlərin həll yolunu müsəlman xalqlar arasında birliyin gücləndirilməsi adlandıraraq, deyib: Həzrət İmam Xomeyni(r.ə)-in mühüm hədəflərindən biri, hər mübarək ramazan ayının sonuncu cüməsini Ümumdünya Qüds Günü elan etmək idi. Bu, elə dünya müsəlmanlarının vəhdətinin qorunması demək olub.
Ayətullah İmami Kaşani həmçinin son zamanlar Ərəbistan və Küveytdə şiələrə qarşı keçirilmiş terror əməliyyatlarını pisləyərək, ümidvarlıq edib ki, şiələr və sünni əhli tam sayıqlıqla təfriqə mahiyyətli fitnələri tanıyaraq, onunla mübarizə yolunda qalib gələcəklər.

Teqlər