İyul 03, 2015 17:27 Asia/Baku
  • Məhəmməd Cavad Zərif
    Məhəmməd Cavad Zərif

İranın xarici işlər naziri İran ilə altılıq arasındakı Vyana nüvə müzakirələrinin irəliləyişindən xəbər verib.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün Vyanada Avstriya prezidenti Hayns Fişer ilə görüşün kənarında IRIB müxbiri ilə müsahibədə deyib: Nüvə müzakirələrində böyük irəliləyiş olub, amma texniki məsələlər və müxtəlif yazılışlar mövcuddur ki, onun həlli üçün qarşı tərəfin siyasi iradəsinə ehtiyac var.
Avstriya prezidenti Hayns Fişer də İranın xarici işlər naziri ilə görüşdən sonra deyib: İranın xarici işlər naziri və ABŞ-ın dövlət katibi öz xalqlarının təsdiqləyəcəkləri bir razılığa gələcəklər.
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif El-Monitor xəbər portalı ilə müsahibədə nüvə razılaşmasının İran və region üçün olan önəminə toxunaraq, söyləyib: Razılaşma o zaman əldə olunacaq və ya uğursuz qalacaq ki, Amerika ya sanksiyaları ləğv edəcək, ya da ki, onları öz yerində saxlayacaq.

Teqlər