İraqçı: Razılaşmanın əsası, İranın qırmızı xətlərinə riayətdir
İyul 03, 2015 21:05 Asia/Baku
İranın baş nüvə müzakirəçisi altılıq ilə razılaşmanın İranın qırmızı xətlərinə riayət əsasında mümkün olacağını bildirib.
IRNA-nın məlumatına görə, İranın baş nüvə müzakirəçisi Seyid Abbas İraqçı bu gün Vyanada müxbirlərlə müsahibədə deyib: Razılaşmanın əsası, İranın təyin olunmuş qırmızı xətlərinə riayətdir və İranın tələblərinə riayət olunmayanadək razılıq əldə olunmayacaq.İraqçı Vayanada nüvə müzakirələrinin sonuncu gedişi barədə deyib: Danışıqlar sıx formada davam etməkdədir.
İranın baş nüvə müzakirəçisi həmçinin ehtimal olunan hərbi cəhətlər- "BMD" məsələsini köhnə və xroniki bəhs adlandırıb və deyib: Təzyiqlər və sanksiyalara məruz qaldığı zaman İranın nüvə proqramı haqda iddialar irəli sürüldü.