Zərif müzakirə tərəflərinə: Qərar verin anlaşma və ya təzyiq
İyul 04, 2015 15:12 Asia/Baku
İran İslam Respublikası xarici işlər naziri Məhəmməd Cavad Zərif İranla müzakirə aparan tərəflərə video müraciətdə bildirib: 5+1 "anlaşma və yaxud təzyiq" arasından həssas və tarixi bir qərarı seçməlidir.
Cənab Zərifin müraciəti cümə günü günortadan sonra elə bir şəkildə yayımlanıb ki, İran xarici işlər naziri ötən günlərdə bir neçə dəfə ABŞ dövlət katibi Con Kerri ilə Vyanada görüşərək danışıqlar aparıb.İran və 5+1 Qrupunun nüvə anlaşması mətninin tənzimlənməsi üzrə müzakirələri Avstriyanın Vyana şəhərində davam etməkdədir və danışıqlar yekun anlaşmanın əldə olunması üçün müxtəlif səviyyələrdə həyata keçirilir. Diplomatların müzakirlərdə irəliləyişin olmasını vurğulamalarına baxmayaraq, ixtilafların həlli prosesi hələ də çətin və ləng irəliləyir.
Zərif bu müraciətdə bildirib ki, son saatlarda qalan bəzi ixtilaflara baxmayaraq, heç vaxt bu qədər davamlı həll yoluna yaxınlaşa bilməmişdik. Bununla belə həll yoluna çatmaq qəti deyildir.
İran və 5+1 Qrupunun müzakirələri elə bir halda keçirilir ki, nüvə fəaliyyətləri bəhanəsi ilə İran əleyhinə ədalətsiz sanksiyalardan illər keçdikdən sonra İranın nüvə proqramı dayanmamış, üstəlik sanksiya illəri ərzində İranda sülhməramlı nüvə texnologiyası bir yerli elm və sənayeyə çevrilmişdir və onu heç bir qüdrət İran xalqından ala bilməz.
İran xarici işlər naziri İranın inkişafının qarşısını almaq üçün sanksiyanı puç xəyallar adlandırır və İraqın Bəəs rejiminin İrana qarşı 8 illik təcavüzü qarşısında İran xalqının tarixi müqavimətinə toxunaraq bildirir ki, görünür artıq müzakirə tərəfləri nəhayət bizi dərk ediblər ki, təzyiq və təhdid heç vaxt həll yollarını davamlı etmir, üstəlik gərginlik və düşmənçilikləri artırır.
Cənab Zərif məntiqin xülyalara qələbəsinin nişanələrinin müşahidə olunduğunu bildirərək deyib: İran xalqına illərlə təzyiqdən sonra qərb tərəfləri müzakirə masasını seçiblər. İndi isə anlaşma və təzyiq arasında həssas və tarixi qərar verməlidirlər.
Zərif anlaşmanın tənzimlənməsi üzrə ixtilaflı hallara toxunub ki, müzakirələr prosesində qərb tərəflərinin tamahkarlıqları ilə bir problemlə çevrilmişdir.
Sanksiyaların ləğvi İranın sülhməramlı nüvə fəaliyyətlərinin davam etdirilməsinin forması müzakirə heyətlərinin iclaslarında araşdırılan məsələlərdəndir.
Halbuki İran İslam Respublikası Cenevrə anlaşması və Lozanna bəyanatından sonra bütün öhdəliklərini yerinə yetirib. hazırda növbət Altılığındır ki, reallığı dərk edərək və açıq-aşkar şəkildə öz öhdəliklərini yerinə yetirməlidir.
İran xarici işlər nazirinin vurğuladığı kimi, anlaşmaya çatmaq inkişaf üçün şücaətə, özünəinama, məntiqli qərarların verilməsi üçün peşəkarlığa, xülyaları kənara qoymaq üçün məntiqliliyə və köhnə adətlərdən keçmək üçün cəsarətə ehtiyaclıdır.
Zərif bu müraciətdə İran xalqı və dövləti tərəfindən bildirir ki, yaxşı, bərabər anlaşmanın əldə olunmasına və önəmli və müştərək problemlərlə qarşılaşmaq üçün yeni üfüqlərin açılmasına hazırıq.
Zərifin müraciətinin bir hissəsi həmin müştərək problemlərə ayrılır. Sərt ifratçılıq və idarəolunmaz vəhşilik bütün dünya üçün müştərək təhdid hesab olunur.
İran xarici işlər naziri İran İslam Respublikasının zorakılıq və radikallığa qarşı dünya layihəsini bu müştərək təhdidlə mübarizədə İranın ön cəbhədə olmasından söz açıb və bir daha vurğulayıb ki, bu təhdidlə mübarizə dünyanın bir nömrəli prioritetinə çevrilməlidir.
İran və 5+1 Qrupunun nüvə müzakirələri son mərhələlərində olduğu günlərdə İran İslam Respublikası xarici işlər naziri qərb və şərq həmkarlarına xitabən bildirib ki, öz diqqətlərini radikallıqla mübarizəyə yönəltsinlər.