İyul 04, 2015 16:26 Asia/Baku
  • Qaz ixracı üçün İranın böyük proqramı var
    Qaz ixracı üçün İranın böyük proqramı var

İranın Qaz İxracı Milli Şirkətinin icraçı direktoru qazın region ölkələri və dünyanın digər yerlərinə ixracı üçün İranın böyük proqramından xəbər verib.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İranın Qaz İxracı Milli Şirkətinin icraçı direktoru Əlirza Kamili ŞANA-ya verdiyi müsahibədə deyib: İranın proqramı region ölkələrinə qaz ixracı ilə məhdudlaşmayacaq.
İranın Qaz İxracı Milli Şirkətinin icraçı direktoru əlavə edib: Qaz ixracı sahəsində fəaliyyət göstərən böyük şirkətlərlə müzakirə davam edir.
Kamilinin sözlərinə görə, hazırda 170-dən çox xarici şirkətlə ilkin müzakirələr aparılmaqdadır və bu şirkətlər İrandan qaz almağa maraqlıdırlar.

Teqlər