İyul 05, 2015 09:16 Asia/Baku
  • Abbas İraqçı
    Abbas İraqçı

İran xarici işlər nazirinin müavini və İranın altılıq ilə nüvə müzakirə heyətinin üzvü deyib: Keçmiş müzakirələr boyu heç vaxt bu qədər irəliləməmişdik.

İran xarici işlər nazirinin müavini və İranın altılıq ilə nüvə müzakirə heyətinin üzvü Seyid Abbas İraqçı dünən gecə İran televiziyasının "Birinci baxış" verilişində deyib: İki tərəf arasında baxışlar mövcuddur ki, onun həlli üçün müzakirə aparmaqdayıq.
İraqçı "Razılığa çatmaq üçün zamanın əsiri deyilik" deyərək, əlavə edib: Zamanın bizim üçün qərar çıxarmasına icazə verməyəcəyik və öz istədiyimiz forma və prinsiplərə çatacağımız halda razılaşma mümkündür, əks-təqdirdə, pis razılaşmanın izləməyəcəyik.
O, deyib: Vyana müzakirələrində texniki cəhətdən bizimlə əlaqədar olan məsələlərin icrası 2-3 ay uzun sürəcək, amma qarşı tərəfin öhdəliklərinin icrası bir göstərişə ehtiyaclıdır ki, bu iki icra məsələsini eyni vaxta salmaq önəmlidir.
Nüvə müzakirə komandasının baş üzvü sözlərinə belə davam edib: Əlbəttə, hər iki tərəf onun ardınca olacaq və çalışacaq öz addımlarını elə bir zamanda atsın ki, qarşı tərəf öz öhdəliklərinə əməl etmiş olsun və bu etapa çatmaq, çox çətindir.
İraqçı nüvə məsələlərindən birini, nüvə sahəsində araşdırma və inkişaf adlandırıb və belə söyləyib: Razılaşmdırılmış bəndlərə əsasən, modern zənginləşdirmə maşınları üzərində araşdırma və inkişaf davam edəcək.

Teqlər