Zərif: İxtilaflar hələ də qalır
İyul 06, 2015 08:37 Asia/Baku
İran xarici işlər naziri nüvə müzakirələrinin prosesi barədə hələlik heç nəyin müəyyən olmadığını və anlaşmaya çatmaq üçün səylərin davam etdiyini bildirib.
Səhər Beynəlxalq Televiziyasının Fars Xəbər Agentliyinə istinadla verdiyi məlumata görə, İran xarici işlər naziri Məhəmməd Cavad Zərif ötən gecə Vyana şəhərinin İmam Əli (ə) məscidində Qədr gecəsi mərasimində İran və Altılıq qrupunun (ABŞ, İngiltərə, Fransa, Rusiya, Çin və Almaniya) nüvə müzakirələrinin prosesi barədə deyib: Hələlik heç nə məlum deyil və bəzi ixtilaflar hələ də qalmaqdadır.Qeyd edək ki, Vyanada nüvə məsləhətləşmələrinin 9-cu günü Kerri və Zərifin 4 görüşü, Kerri, Mogerini və Fabiusun mətbuat konfransı ilə sona çatıb.