İyul 07, 2015 08:50 Asia/Baku
  • İnqilab Rəhbərinin Qüds haqda kitabı İraqda nəşr olunub
    İnqilab Rəhbərinin Qüds haqda kitabı İraqda nəşr olunub

"Əl-Quds fi fikri İmam Əl-Xamenei" kitabı İranın Bağdaddakı Mədəniyyət Mərkəzinin səyi ilə nəşr olunub.

Rəsa xəbər agentliyinin məlumatına görə, Ümumdünya Qüds günü ərəfəsində İranın Bağdaddakı Mədəniyyət Mərkəzi "Əl-Quds fi fikri İmam Əl-Xamenei" kitabını hazırlayaraq, çap edibdir. Bu kitabda İslam İnqilabının Böyük Rəhbərinin Ümumdünya Qüds günü barəsindəki çıxışları və buyurduqları toplanaraq, hazırlanıbdır.
Bu mədəni əsər 48 səhifədə dörd min nüsxə tirajla çap olunub. Onun mətləblərindən "Qüds məsələsi, bir və ya bir neçə ölkənin deyil, İslamın məsələsidir" və "Fələstin xalqını müdafiə, məzlumu, bəşəriyyətə zidd zalım qarşısında müdafirə ilə eynidir" mətləblərinə işarə etmək olar.
Bu kitabın digər bir hissəsində İsrail, Fələstin xalqının polad əzmkarlığı qarşısında zəif bünövrəli bir rejim kimi qeyd olunaraq, bütün müsəlmanların Qüds və Fələstin məsələləri qarşısında məsuliyyət qəbul etmələri vacibliyi vurğulanıb.
"Dünyanın zalım qüvvələrinin sionist rejimi hərtərəfli himayələri", "Bəzi islami ölkələrin işğalçı rejimin fələstinlilərə qarşı təcavüzkarlıqları qarşısındakı səhlənkarlıqları", "İran İslam Respublikası məzlum Fələstin xalqının həqiqi müdafiəçisidir" və "Ümumdünya Qüds gününün qeyd olunması, müsəlmanlar və azadələrin beynəlxalq səviyyədə məzlum Fələstin xalqını himayələrinin simvoludur", "Əl-Quds fi fikri İmam Əl-Xamenei" kitabının digər mətləblərindən sayılırlar.

Teqlər