Ruhani: İran xalqı mehriban və xeyirxahdır
İyul 07, 2015 09:53 Asia/Baku
İran İslam Respublikasının prezidenti İran xalqını mehriban və xeyirxah xalq kimi təqdim edib.
İran Prezident Administrasiyasının informasiya portalının məlıumatına görə, İran İslam Respublikasının prezidenti Həsən Ruhani dünən gecə İmam Xomeyni(r.ə.) adına İmdad Komitəsi və Rifah Təşkilatının müdirləri və yardım alanları ilə iftar ziyafətində deyib: İslami İranda xalq mehriban və xeyirxahdır və yardıma ehtiyac duyulan hər yerdə məsulliyət hissi daşıyır və iftixarla bu yolda addım atır.Ruhani bildirib: Yoxsul ilə varlı arasında fərqin böyük və bir tərəfində ümidsizlik və qəmin, başqa tərəfində isə ümid və şadlığın mövcud olduğu bir cəmiyyətdə ədalət yoxdur.
İran prezidenti vurğulayıb ki, dövlət bütün işlərin görülməsində xalqın iştirakı və köməyinə ehitiyaclıdır.
O, İmam Xomeyni(r.ə.) adına İmdad Komitəsi və Rifah Təşkilatının xidmətlərini yüksək dəyərləndirib və bu iki təşkilatın başçılarının xalqın və ölkə başçılarının yanında etimada malik olduqlarını vurğulayıb.