Ümumdünya Qüds günü; İslam ümmətinin imperializm qarşısındakı birliyinin təcəssümü
İyul 07, 2015 14:47 Asia/Baku
Fələstin xalqını dəstəkləyən siyasi cəmiyyət və qurumlar ayrı-ayrı bəyanatlarda dünya müsəlmanlarını əzəmətli Ümumdünya Qüds günü yürüşünü keçirməyə çağırıblar.
IRNA-nın məlumatına görə, Fələstin xalqını dəstəkləyən siyasi cəmiyyət və qurumlar bu gün yayılmış bəyanatlarında bildiriblər: Ümumdünya Qüds günü İslam ümməti və azadə xalqların imperializm və sionizm qarşısında birliyinin təcəssümü və insanın cahilliyin hökmranlığından xilas olması üçün fəryadı günüdür.Fələstin Xalqını Müdafiə Cəmiyyətinin bəyanatında deyilir: Müsəlman ümmət builki Ümumdünya Qüds günündə İsrailin hədəfləri çərçivəsində səy göstərən və region ölkələrində əmin-amansızlıq törədən təkfirçi İŞİD və vəhhabilik kimi yayınmış və terrorçu qrupları İslam dinindən uzaqlaşdırmaq yolu ilə islami birliyin əsasını qoymaq hədəfi ilə öz iradəsini göstərməlidir.
Həmçinin Fələstin xalqının İslam İnqilabını Himayə Komitəsi bir bəyanatda İslam ümmətindən istəyib ki, sionistlərin Suriya, İraq, Livan, Yəmən və sair ölkələrdə müqavimət cəbhəsinin möhkəm sıralarında təfriqə salmaq üzrə fitnələri ilə bağlı öz sayıqlıq və baxışını gücləndirərək, builki Ümumdünya Qüds gününü İslam ümməti və azadə xalqların imperializm və sionizm qarşısında birliyinin təcəssümü etsin.
Qüdsi-Şərifin Azadlığını Himayə Cəmiyyəti də Ümumdünya Qüds günü ərəfəsində yaydığı bir bəyanatda vurğulayıb: Region və dünyanın hazırkı kədərli hadisələri göstərir ki, Ümumdünya Qüds gününün elan olunması, zəif və simvolik bir hərəkət deyil, əksinə başda Amerika və beynəlxalq sionizm durmaqla beynəlxalq qarətçilər qarşısında müqavimət və mübarizə üçün İslam ümməti xüsusiyyət təşkil etməklə bütün azadələr və möminlərin səfərbər edilmələri, oyanışı və birliyi istiqamətində sayıqcasına, uzaqgörəncəsinə və strateji bir proqramdır. Bu xalq bünövrəli təşkilat Ümumdünya Qüds günü ərəfəsində bütün müsəlmanlar və azadələri, xüsusən İslami İranın oyaq xalqını Həzrət İmam Xomeyni(r.ə.) və İslam İnqilabının Böyük Rəhbərinin fərmanlarına tabe olub, bu gün ilə bağlı ümumölkə toplantısında sionizm, Amerika və onların müttəfiqlərini rədd edərək, Fələstin və Qüds xüsusiyyət təşkil etməklə İslam ölkələrinin azad edilməsi amalı ilə öz əhd-peymanlarını təzələməyə çağırıb.