İyul 07, 2015 14:51 Asia/Baku
  • İran-5+1 nüvə müzakirələrinin uzadılması ehtimalı var
    İran-5+1 nüvə müzakirələrinin uzadılması ehtimalı var

İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri İran-5+1 nüvə müzakirələrinin uzadılması ehtimalından xəbər verib.

IRIB-nin məlumatına görə, Əlaəddin Borucerdi bu gün bildirib ki, İran ilə Altılıq arasında nüvə razılaşması ehtimalı keçmişlə müqayisədə artıbdır. O, deyib ki, hazırkı şəraitdə müzakirələrin bir neçə günlük uzadılması ehtimalı var.
İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri İran-5+1 nüvə müzakirələrinin son durumuna toxunaraq, əlavə edib: Bütün müzakirə tərəflərində razılaşma üçün əzmkarlığın mövcud olmasına görə, İran ilə Altılıq arasında nüvə razılaşması ehtimalı keçmişlə müqayisədə artıbdır.
Borucerdi belə qeyd edib: Həmişə Amerikanın artıqtamahlığı müzakirənin pusqusunda durub ki, bu yolla müzakirələrin vəziyyətini dəyişsin, halbuki İranın baxışı və razılaşma prinsipi elə bir prinsipdir ki, bütün tərəflər onu ciddi tutublar və razılaşmanın reallaşması ehtimalı təsəvvürolunasıdır.
İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri vurğulayıb ki, İranın müzakirə komandası mütləq surətdə müzakirələrdə heç bir möhlət qarşısında öhdəlikli deyil. O, bildirib ki, İran İslam Respublikası üçün əsas məsələ, müzakirələr gedişində milli maraqların təminidir və mütləq şəkildə İran üçün zaman məsələsinin önəmi yoxdur və yaxşı razılaşmaya çatanadək müzakirələr davam etdirilməlidir.

Teqlər