Fələstin məsələsi müsəlmanların toplantı mərkəzi
İyul 07, 2015 19:12 Asia/Baku
İran İslam Şurası Məclisinin sədri deyib ki, Fələstin məsələsi bütün dünyada müsəlman xalqların birliyi və toplantı mərkəzidir.
IRNA-nın məlumatına görə, İran İslam Şurası Məclisinin sədri Əli Laricani bu gün Tehranda Qüdsi-Şərifin azadlığı üzrə fəallar ilə birgə yığıncaqda Fələstin məsələsini müsəlman xalqlar üçün bir vəzifə adlandırıb və deyib ki, əgər müsəlmanlar bu məsələ ətrafına toplaşmazlarsa, heç bir məsələnin ətrafına toplaşmayacaqlar.Buna görə, Fələstin məsələsi qiymətveriləsi bir mərkəzdir.
Laricani islami ölkələrin Fələstinin azadlığı üçün əzmkar olmalarını zəruri adlandıraraq, İslam dünyasının mütəfəkkirləri, din alimləri və elitalarının Fələstin məsələsi üzərində təmərküzü üçün İranda Fələstin konfarnsının təşkilni istəyib.
İran İslam Şurası Məclisinin sədri ümidvarlıq edib ki, Ümumdünya Qüds günündə İran xalqı geniş iştirakla Fələstin xalqının məzlumluğunu dünya xalqlarına çatdıracaq.
Laricani həmçinin İran-5+1 nüvə müzakirələrinə toxunaraq, deyib ki, yaxşı nüvə razılaşması həm İran, həm digər ölkələr, həm də bütün dünya üçün faydalı ola bilər.
İran İslam Şurası Məclisinin sədri regionun durumu və sionist rejimin müsəlmanların fikrini yayındırmaq üçün yaratdığı şəraiti bəyan edərək, söyləyib: Bütün regional şəxs və mütəfəkkirlər bu rejimin beynəlxalq bir şər iş əsasında yaranması məsələsində eyni fikrə malikdirlər. Laricani qeyd edib ki, bütün regional böhranlar və terror qrupları birbaşa və ya dolayısı ilə İsrail tərəfindən formalaşıbdır. O, bildirib ki, Suriya məsələsində mötəbər informasiyalara əsasən, sionist rejim həmin ölkədə terror qrupları ilə yaxın həmkarlıq və alış-verişə giribdir.
Laricani islami ölkələrdəki daxili ixtilaflar və regionda terror hərəkətlərini sionist rejimin maraqları çərçivəsində bilib və bu rejimlə mübarizədə İslam ümmətinin birliyini vurğulayıb.