İyul 07, 2015 19:45 Asia/Baku
  • İran-Altılıq nüvə müzakirələri cüməyədək uzadılıb
    İran-Altılıq nüvə müzakirələri cüməyədək uzadılıb

Avropa Birliyinin xarici siyasət üzrə koordinatoru İran-Altılıq nüvə müzakirələrinin cüməyədək uzadılmasından xəbər verib.

Təsnim xəbər agentliyinin məlumatına görə, Federika Moqerini bu gün müxbirlərə müzakirələrin iyulun onunadək uzadıldığını deyib və qeyd edib ki, xarici işlər nazirləri Vyananı tərk edəcəklər və bir neçə günü də danışıqlara sərf edəcəyik.
Digər tərəfdən, Rusiyanın xarici işlər naziri bəzi rus jurnalistlərlə yanaşı, müzakirə məkanını tərk edərək, Moskvaya yollanıb. O, Pale Koburq otelindən çıxarkən deyib ki, hələ nailiyyət əldə olunmayıb və 10 məsələdən az məsələ hələ həll edilməyibdir.
Fransanın xarici işlər naziri də elə həmin otel qarşısında müxbirlərə nüvə müzakirələrnin asan olmadığını deyərək, bildirib ki, PMD, təhqiqat və inkişaf, sanksiyaların sürətlə geri dönməsi nüvə razılaşmasında bizim nəzərdə tutduğumuz üç mühüm cəhətdir.
Loran Fabius deyib: Biz möhkəm bir razılaşma istəyirik. Bundan öncə ABŞ dövlət katibinin strateji əlaqələr üzrə baş müşaviri Mari Harf bəyanat yayaraq bildirib ki, danışıqlar və məşvərətlər üçün daha artıq zamanın ayrılmasından ötrü İran-5+1 nüvə müzakirələri iyulun onunadək uzadıldı.

Teqlər