İraqçı: Nüvə anlaşması mətninin tənzimlənməsi sona çatıb
https://azeri.sahartv.ir/news/İran-i195637-İraqçı_nüvə_anlaşması_mətninin_tənzimlənməsi_sona_çatıb
İranın nüvə müzakirə komandasının baş üzvü Abbas İraqçı bildirib: İran və 5+1 Qrupu arasında nüvə anlaşması mətninin tənzimlənməsi sona çatıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 08, 2015 04:04 Asia/Baku
  • İraqçı: Nüvə anlaşması mətninin tənzimlənməsi sona çatıb
    İraqçı: Nüvə anlaşması mətninin tənzimlənməsi sona çatıb

İranın nüvə müzakirə komandasının baş üzvü Abbas İraqçı bildirib: İran və 5+1 Qrupu arasında nüvə anlaşması mətninin tənzimlənməsi sona çatıb.

Səhər Beynəlxalq Televiziyasının əl-Aləm telekanalına istinadla verdiyi məlumata görə, Abbas İraqçı çərşənbə axşamı gecə deyib: Hələlik mətndə bəzi məslələr həll olunmayıb və siyasi qərarlara ehtiyaclıdır.
İraqçı bildirib: Sanksiya və anlaşmanı bir yerə toplamaq olmaz.
İraqçının sözlərinə görə, ixtilafların çoxu azalıb və iki-üç hala enib. Onlar arasında silah embarqoları da var.
İranın nüvə müzakirə komandasının baş üzvü bildirib: Biz müzakirələrin davam etdirilməsi üçün lazım olan hər bir zamana qədər Vyanada qalmağa hazırıq. Hətta əgər müzakirələrin müddəti gün-gündən uzadılarsa.
İran və Altılıq qrupunun nüvə müzakirələrində çərşənbə axşamı gününə qədər anlaşma əldə edilməsi nəzərdə tutulmuşdu. Amma bu müddət 10 iyula qədər uzadıldı.