İyul 08, 2015 13:28 Asia/Baku
  • Ümumdünya Qüds Günü; İslam dünyasının işğalçı İsrail rejiminə etiraz səsi
    Ümumdünya Qüds Günü; İslam dünyasının işğalçı İsrail rejiminə etiraz səsi

Ümumdünya Qüds Günü ərəfəsində islam dünyası başqa bir addımda işğalçı İsrail rejiminə qarşı etiraz səsini ucaltmağa çalışır.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İslami İranın müxtəlif qurumları və siyasi təşkilatları, alimlər, ruhanilər və partiyalar bəyanatlar verərək insanları mübarək Ramazan ayının son cümə günündə ötən illərlə müqayisədə daha möhtəşəm şəkildə Qüds Günü yürüşündə iştiraka dəvət ediblər.
Cümə günü 10 iyul mübarək Ramazan ayının son cümə günüdür. Həmin gün İran İslam Respublikasının banisi Həzrət İmam Xomeyni (rə) tərəfindən Ümumdünya Qüds Günü adlandırılıb. Dünya müsəlmanları hər il bu gündə İsrail rejiminin təcavüzləri və avantüristliyi qarşısında Fələstin müqaviməti ilə həmrəylik məqsədilə yürüşlər keçirirlər.
Qüds Günü beynəlxalq sionizmlə mübarizə mədəniyyətinin zirvəsi və məzlum Fələstin xalqının dünya səviyyəsində dəstəklənməsinin elan olunması günüdür.
Son illər ərzində Ümumdünya Qüds Günü yürüşləri qeyri-islam ölkələrində azaddüşüncəli və mübariz insanları özünə cəzb edə bilmişdir.
Mübarək Ramazan ayının son cümə gününün Ümumdünya Qüds Günü olaraq adlandırılmasına dair İmam Xomeyninin (rə) tarixi müraciətinin verilməsi müsəlmanlar və islam ölkələrinin sionist rejimə qarşı vəhdətinin əhəmiyyətini daha aydın şəkildə nümayiş etdirir.
Ötən illərdə olduğu kimi bu il də mübarək Ramazan ayının son cümə günündə Ümumdünya Qüds Günü yürüşü təşkil olunacaq.
Təşkilatlar və qurumlar, o cümlədən Ali Mədəni İnqilab Şurası, İslam Təbliğatı Təşkilatı, şəhərlərin icra hakimiyyətləri, idarələr və işçilərin bəsiclər qurumları, universitetlər, meriyalar, valiliklər, Tələbə Bəsici Təşkialtı, hüquq-mühafizə qüvvələri və digər hökumət və qeyri-hökumət təşkilatları İran xalqını bu mərasimdə daha əzəmətli şəkildə iştiraka dəvət ediblər.
Böyük təqlid mərcələri də İslami İranın vətəndaşlarını Ümumdünya Qüds Günü yürüşlərində geniş şəkildə iştirak etməyə çağırıb.
Ayətullah Məkarim Şirazi Ümumdünya Qüds Gününün İran İslam Respublikası banisi Həzrət İmam Xomeyninin (rə) təşəbbüslərindən olduğunu bəyan edərək bildirib: Müsəlmanlar Ümumdünya Qüds Günü yürüşlərində iştirak etməklə vahid bir səslə İsrailə qarşı şüar versinlər və bilsinlər ki, bu işin dünya səviyyəsində fövqəladə təsiri vardır.
İranın Məsləhət Şurasının sədri ayətullah Əkbər Haşimi Rəfsəncani də Qüds Gününün müsəlmanlar arasındakı əhəmiyyətinə toxunaraq ötən illərdəki kimi builki Qüds Günü yürüşündə insanların möhtəşəm iştirakını vurğulayıb.
İranın Məsləhət Şurasının sədri əlavə edib: Bir daha Fələstin xalqına bağlılığı, eləcə də İsrail rejiminə nifrəti, hər şeydən daha önəmlisi dünyadakı zülm və sitəmə nifrəti nümayiş etdirmək lazımdır.
İran İslam Şurası Məclisinin sədri Əli Laricani də Tehranda Qüds-Şərifin Azadlığı fəalları ilə görüşdə Fələstin məsələsini müsəlman xalqların vəzifəsi adlandırıb və deyib: Əgər müsəlmanlar bu məsələdə yekdil olmazlarsa, heç bir məsələdə yekdil olmayacaqlar. Buna görə, Fələstin məsələsi əhəmiyyət verilməsi gərəkən məsələdir.
İran parlamentinin sədri ümidvarlıq edib ki, Ümumdünya Qüds Günü yürüşündə İran xalqı yekdilliklə və möhtəşəm iştirakla Fələstin xalqının məzlumluq sədasını dünyaya çatdıracaq.
Ərəb və islam ölkələrinin müxtəlif şəxsiyyətləri də bildiriblər ki, İmam Xomeyninin (rə) təşəbbüskarlığı Fələstinin bütün müsəlmanlara aid olmasına səbəb oldu.
Bu şəxsiyyətlər ixtilafların kənara qoyulması və Qüds məsələsinə əsaslı diqqətin yetirilməsini islam dünyasının ən önəmli tələbləri olduğunu bildiriblər.

Teqlər