İyul 08, 2015 14:31 Asia/Baku
  • Müsəlman xalqlar Fələstinin məzlumluğunu dünyaya çatdırsınlar
    Müsəlman xalqlar Fələstinin məzlumluğunu dünyaya çatdırsınlar

İran İslam Respublikası prezidenti deyib: Müsəlman xalqlar, xüsusilə də İran xalqı 66 ildir öz ev-eşiyindən didərgin düşən böyük bir xalqın məzlumluq sədasını dünyaya çatdırsınlar.

Səhər Beynəlxalq Televiziyasının verdiyi məlumata görə, İran İslam Respublikası prezidenti Həsən Ruhani Ümumdünya Qüds Günü ərəfəsində Qüds Gününü İran İslam Respublikası banisinin yadigarı adlandırıb və əlavə edib: Xalq Qüds Günündə dünyaya deyəcək ki, Fələstin və bu ərazinin işğalı müsəlmanların yaddaşından silinməyəcək.
İran prezidenti deyib: İslam ümməti Qüds Günündə əslində vəhdət səsini ucaldır.
Ruhani əlavə edib: Bütün müsəlmanlar vahid səslə işğal olunmuş ərazilərin azadlığını tələb edir və bu xalqa olunan zülmü və bəzilərinin sükutunu nə müsəlmanlar, nə Qüds, nə də Fələstin xalqının unutmayacağını demək istəyirlər.
İnsanların hər il Qüds Günü yürüşlərində daha da sevgi və iradə ilə iştirak etdiyini bəyan edən Ruhani builki Qüds Günü yürüşünün iki xüsusiyyətə malik olduğunu bildirib və deyib: Bir tərəfdən İran xalqı regionda olan kütləvi qırğınlar və pərdə arxasında sionistlərə bağlı olan muzdlulara, sionist rejimə və terror qruplaşmalarına nifrətlərini bildirir. Digər tərəfdən isə, nüvə müzakirələri şəraitində xalqın Qüds Günü yürüşündəki iştirakı öz hüquq və izzətinə bir növ böyük dəstəkdir.

Teqlər