İyul 08, 2015 17:14 Asia/Baku
  • Yəhya Rəhim Səfəvi
    Yəhya Rəhim Səfəvi

İran İslam Respublikasının Ali Baş Komandanının ali müşaviri deyib: İran regionda stabilliyi bərqərar etmək ardıncadır.

Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadlı məlumatına görə, ordu generalı Yəhya Rəhim Səfəvi İsfahanda Şəhid Babayi hava bazası ilə yaxından tanış olduqdan sonra bildirib: İŞİD-in yaranması və onun ABŞ tərəfindən silahla gücləndirilməsi, Yəmən böhranı və islam dünyasında dini və siyasi ixtilafların yaranmasının hamısı, müsəlmanlar arasında təfriqə salmaq və sionistlərin təhlükəsizliyinin təsbit olunması çərçivəsində baş tutur.
Ali Baş Komandanın ali müşaviri əlavə edib: Ərəbistan Fars körfəzi ətrafında yerləşən ölkələr arasında ən çox silah satın almaqla və İŞİD-i dəstəkləməklə regionda de-stabilliyin yaranmasının əsas səbəbkarlarından biridir. Halbuki İran həmişə region ölkələri arasında stabillik və kollektiv birliyin tərəfdarı olub və olacaq.
General Səfəvi deyib: İran İslam Respublikası rəsmiləri və silahlı qüvvələri qarşıdakı təhdidləri müəyyənləşdirərək davamlı şəkildə tam hazırlıq və modern silahlarla İran və xalqının ərazi bütovlüyü və mülkiyyətini qorumağa hazırdır.

Teqlər