Heç vaxt bir iranlını hədələməyin
https://azeri.sahartv.ir/news/İran-i195663-heç_vaxt_bir_iranlını_hədələməyin_
Medialar öz məlumatlı mənbələrinə istinadla Zərifin 5+1 xarici işlər nazirləri, hətta Mogerini ilə bazar ertəsi gecəsi iclasında söz atışmasından xəbər veriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 08, 2015 14:54 Asia/Baku
  • Heç vaxt bir iranlını hədələməyin
    Heç vaxt bir iranlını hədələməyin

Medialar öz məlumatlı mənbələrinə istinadla Zərifin 5+1 xarici işlər nazirləri, hətta Mogerini ilə bazar ertəsi gecəsi iclasında söz atışmasından xəbər veriblər.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, bir iclasda müzakirələr atmosferi o həddə sərtləşir ki, Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatoru xanım Federika Mogerini iranlı rəsmlərin açıqlamasını dinlədikdən sonra deyir: Əgər şərait bu minvalladırsa, müzakirələri dayandıra və evlərimizə qayıda bilərik.
İran xarici işlər naziri də Moerininin sözlərinə əsəbiliklə reaksiya verir: Heç vaxt bir iranlını hədələməyin.