İyul 09, 2015 08:39 Asia/Baku
  • Zərif: Nüvə razılaşması həmkarlıq və çəkişmə arasında seçimdir
    Zərif: Nüvə razılaşması həmkarlıq və çəkişmə arasında seçimdir

İran xarici işlər naziri İran ilə altılıq qrupu arasındakı nüvə razılaşmasını həmkarlıq ilə çəkişmə arasında bir seçim adlandırıb.

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif İngiltərədə çıxan Financial Times qəzetindəki məqalədə yazıb: İran müvazinətli və insaflı bir razılaşmanın əldə olunmasına, ondan sonra da Yaxın Şərqdə ifratçılıq təhlükəsi daxil olmaqla müştərək və ciddi problemlərin nəzərdən keçirilməsi məqsədilə yeni üfüqlərin açılmasına hazırdır.
Zərif söyləyib: Kobud ifratçılığın artmaqda olan xətəri Yaxın Şərq regionunun mərkəzini özünə qərq edib və Avropaya doğru genişlənməkdədir və əgər dayandırılmazsa, daha da genişlənəcəkdir.
İran xarici işlər naziri deyib: Bu gün soyuqqanlı və heç bir sərhəd tanımayan bir bərbərlik müşahidə olunur və son vaxtlar Fransa, Tunis və Küveytdə eyni zamanda baş vermiş qətli-amlar bu müddəaya bir faktdır.
Zərif yazıb: İran indiyədək insanlıq və anti-insanlıq arasındakı döyüşdə əlindən gələni əsirgəməyibdir, halbuki bütün ölkələr nüqablı kişilər tərəfindən dağıntı ilə hədələnirlər və bu şəxslər insanların canlarına heç bir hörmət qoymurlar.
İran xarici işlər naziri həmçinin İran ilə altılıq qrupu arasında ehtimal olunan razılaşmanın imzalanması haqda deyib: Yalnız müvazinətli və yaxşı bir razılaşma zamanın sınağınan başıuca çıxa bilər.
İran xarici işlər naziri belə qeyd edib: Heç zaman İran və 5+1 qrupu bu həddə bir razılaşmaya yaxın olmayıblar, amma hələ yaxşı bir razılaşmaya nail olmağa zəmanət vermək olmaz.

Teqlər