İran yəhudiləri builki Qüds günü aksiyasında geniş iştirak edəcəklər
İyul 09, 2015 14:53 Asia/Baku
İran yəhudilərinin İslam Şurası Məclisindəki nümayəndəsi deyib ki, Qüds günü xas bir qrupa aid deyil və bütün azadələr bu gündə zülm və ədalətsizliyə qarşı öz hiddətlərini elan edəcək və İran yəhudiləri də həmişəki kimi builki Qüds günü aksiyasında geniş iştiraka malik olacaqlar.
İran kəlimilərinin İslam Şurası Məclisindəki nümayəndəsi Siyamək Məre Sedq Fars xəbər agentliyinin müxbiri ilə müsahibdə əlavə edib: Xüsusən sionist dövlətin region məsələlərindəki son rəftarları və bu rejimin İran İslam Respublikası ilə düşmənçiliyinin aşkarlanmasına görə, azadlıq və sülhə inanan bütün kəslərin sionistlərin bu qeyri-insani, militarist və işğalçılıq rəftarları ilə müxalifət etmələri bir vəzifədir.Dini azlıqların İslam Şurası Məclisindəki bu nümayəndəsi söyləyib: Yəhudilər digər dinlərin davamçıları ilə müqayisədə Qüds günü yürüşündə iştirak etmək üçün ikiqat vəzifəyə malikdirlər ki, dünya xalqları bilsinlər ki, Netanyahu kimi şəxslər və sionistlərin qeyri-insani rəftarlarının Həzrət Musanın təlimləri və yəhudiliyin əsl təfəkkürləri ilə heç bir əlaqəsi yoxdur.