İyul 10, 2015 08:12 Asia/Baku
  • Zərif: Müzakirələr davam edir
    Zərif: Müzakirələr davam edir

İran xarici işlər naziri İranla Altılıq qrupunun nüvə müzakirələrini çətin adlandıraraq deyib: Müzakirəçilər güclü şəkildə çalışırlar və tələsmək olmaz.

Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadla verdiyi məlumata görə, İran xarici işlər naziri Məhəmməd Cavad Zərif İran və Altılıq qrupu heyətlərinin yekun nüvə anlaşmasını əldə etmək üçün çalışdıqlarını bildirərək deyib: Güclü şəkildə işləməkdəyik. Lakin tələsmək olmaz və iş öz qaydasında getməlidir.
Zərif əlavə edib: Nüvə müzakirələri ədalətli anlaşmanı əldə etmək üçün davam edəcəkdir.
BU arada Fransa xarici işlər naziri Loran Fabius deyib: Nüvə müzakirələri davam edəcək. Çünki hələlik çətin məsələlər qalıb və həll olunmalıdır.
ABŞ dövlət katibi Con Kerri də yekun anlaşma əldə olunana qədər müzakirələrin davam edəcəyini qeyd edərək bildirmişdi ki, müzakirə tərəfləri danışıqları davam etdirməkdə qətidirlər.

Teqlər