İran və Rusiya prezidentləri görüşüblər
İyul 10, 2015 08:19 Asia/Baku
-
İran və Rusiya prezidentləri görüşüblər
İran və Rusiya prezidentləri müxtəlif sahələrdə ikitərəfli əlaqələrin genişləndirilməsini vurğulayıblar.
İran İslam Respublikası prezidenti Həsən Ruhani Rusiyanın Ufa şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının müştərək iclası və Briks qrupuun iclasının kənarında Rusiya prezidenti Vladimir Putinlə önəmli region məsələləri və ikitərəfli əlaqələr barədə danışıqlar və fikir mübadiləsi aparıb.Ruhani bu görüşdə regionun sürətli prosesləri, xüsusilə də terrorizm və radikallıqla mübarizə, İraq və Suriyadakı terrorizm məsələsinə toxunub və bu regional problem barəsində neçə tərəfli əməkdaşlıqları vacib adlandırıb. Suriya probleminin həlli məqsədilə siyasi həll yolunu vurğulayan İran prezidenti İran və Rusiyanın bu ölkənin qanuni hökumətini dəstəklədiyinə toxunaraq deyib: Tehran və Moskva terrorizmlə mübarizə üçün öz ciddi addımlarını möhkəmlətməli və digər region ölkələrinin iştirakı ilə bu nəhs fenomenin məhv edilməsi üçün əməkdaşlıq etməlidirlər.
Ruhani həmçinin İran və Rusiyanın əlaqələrini strateji adlandırıb və iki ölkənin artmaqda olan iqtisadi əməkdaşlıqlarını vurğulayıb: İran və Rusiya əlaqələri müxtəlif iqtisadi, elmi və turizm sahələrində genişlənməkdədir və ötən iki il ərzində bu əməkdaşlıqların möhkəmlənməsi üçün müsbət addımlar atılmışdır.
Rusiya prezidenti Vladimir Putin də bu görüşdə ikitərəfli əməkdaşlıqların genişlənməsinə toxunaraq deyib: İqtisadi, siyasi, mədəni və elmi cəhətdən Tehran-Moskva əlaqələri genişlənməkdədir və bu, iki ölkə əlaqələrində münasib addımların atılması üçün yaxşı zəmin yaradacaqdır.
Rusiya prezidenti nüvə müzakirələrinin irəliləyişini diqqəti cəlb edəcək adlandırıb və deyib: Rusiya bu problemin həlli və İranın nüvə hüququnu dəstəkləmək üçün çoxlu səylər göstərmişdir.
Putin terrorizm və radikallıqla mübarizəni vurğulayaraq İran və Rusiyanın regionun, o cümlədən Suriyada təhlükəsizlik və stabilliyin bərqərar olunması üçün regional əməkdaşlıqlarını vacib adlandırıb.