İyul 10, 2015 08:44 Asia/Baku
  • Ruhani: İran iqtisadi qüdrətlərlə əməkdaşlıqlarını genişləndirir
    Ruhani: İran iqtisadi qüdrətlərlə əməkdaşlıqlarını genişləndirir

İran İslam Respublikası prezidenti deyib: Tehran nüvə anlaşmasından sonra dünyanın yenicə dirçələn iqtisadi qüdrətləri ilə əməkdaşlığı artırmağa hazırdır. Belə ki, ehtiyacların aradan qaldırılmasında potensialı əldə etməklə beynəlxalq sülh, təhlükəsizlik və stabilliyin artmasında rola malik ola bilsin.

İran İslam Respublikası prezidenti Həsən Ruhani cümə axşamı gecə Rusiyanın Ufa şəhərində Şanxay Əməkdaşlıq Təşkilatı, Briks Qrupu və Avrasiya İqtisadi İttifaqının dövlət başçılarının iclasında deyib: Xoşbəxtlikdən İranın dünyanın 6 qüdrəti ilə nüvə müzakirələri tədbir və anlaşma ilə öz sonuna yaxınlaşıb və qərb qüdrətləri nəhayət etiraf ediblər ki, İranda elmi inkişaf və dirçəliş dayandırılmazdır.
Dünyanın siyasi və iqtisadi sahəsində 3 təsirli təşkilatın başçılarına xitab edən Ruhani deyib: Biz dünya əhalisinin 50%-dən çox payına malik olmaqla dünyanın ən böyük enerji istehsalçıları və istehlakçılarının iştirakı ilə qüdrətli iqtisadi parametrlərlə XXI əsrin yeni şərtləri ilə münasib strategiyaların tətbiqi üçün lazımi potensiala sahibik.
Elm və texnologiya inkişaflarının dünyanın bütün ölkəlkərində davamlı iqtisadi inkişaf prosesinə çoxlu təsir göstərdiyini və mədəni, iqtisadi və ictimai yüksəlişə səbəb olduğunu bildirən İran prezidenti əlavə edib: İran 80 milyonluq əhali və misilsiz enerji və mədən ehtiyatları ilə iqtisadi iəməkdaşlıq üçün xüsusi mərkəzdir.
Ruhani sözlərinin davamında XXI əsrdə dünyanın problemlərinə qələbə çalmağın bir neçə tərəfliliyə, beynəlxalq hüquqa hörmət, siyasi və iqtisadi hakimiyyət qurumlarının islahı və beynəlxalq əməkdaşlıqların genişləndirilməsi adlandırıb: Bu istiqamətdə milli və regional təhlükəsizlik və terrorizm və radikallıqla mübarizə yeni əməkdaşlıqların ən əsas sahəsidir.
"Biz mövcud böhranlar, xüsusilə də kor terrorizm çəkişmələri ilə qarşılaşan ölkələr və insanları xilas etməli və bu nəhs fenomenin xalqlar arasında yayılmasının qarşısını almalıyıq. Təəssüflər olsun ki, ciddi iştirakın olamaması və ölkələrimizdə koordinasiyaların mövcudsuzluğu bu məşum fenomenlə mübarizədə regionun bir çox ölkəsini ciddi böhranla qarşı-qarşıya qoymuşdur" -deyə Ruhani bildirib.
Bu iclasın keçirilməsi üçün Rusiya prezidenti və bu ölkə hökumətinə təşəkkürünü bildirən İran prezidenti ümidvarlıq edib ki, bu iclasda dövlət başçılarının iştirakı və onların yekdilliyi bu üç qurumun beynəlxalq quruluşda yerinin yüksəlməsi və təşəbbüskarlığına səbəb olacaqdır.
Rusiyanın Ufa şəhəri cümə axşamı və cümə günləri Şanxay Əməkdaşlıq Təşkilatı, Briks qrupu və Avrasiya İqtisadi İttifaqına üzv ölkələrin dövlət başçılarının sammitinə ev sahibliyi edir.

Teqlər