İyul 10, 2015 09:19 Asia/Baku
  • İran Çinlə münasibətlərin genişlənməsini müsbət qarşılayır
    İran Çinlə münasibətlərin genişlənməsini müsbət qarşılayır

İran prezidenti çinli həmkarı ilə görüşdə deyib: İran bütün sahələrdə Çinlə əməkdaşlıqların genişlənməsini müsbət qarşılayır.

Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadla verdiyi məlumata görə, İran İslam Respublikası prezidenti Həsən Ruhani Rusiyanın Ufa şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatı və Briks qrupuna üzv ölkələrin dövlət başçılarının sammiti kənarında Çin prezidenti Tsi Cinpinqlə görüşdə Tehran-Pekinin böyük əməkdaşlıqlarına toxunaraq deyib: İki ölkənin bütün sahələrdəki əlaqələri genişlənməkdədir.
Ruhani ümidvarlıq edib ki, Şanxayda dövlət başçılarının danışıqlarında əsası qoyulan iki ölkənin siyasi əməkdaşlığının inkişaf proqramı elə həmin sürətlə irəliləyəcək və strateji forması olan ikitərəfli anlaşmalar ən qısa zamanda mümkün nəticəyə çatacaq.
İran prezidenti İranla Altılıq qrupu arasındakı nüvə müzakirələrinin irəlilədilməsində Çinin rolunu alqışlayıb, İran və Çinin nüvə müzakirələrindəki əməkdaşlığını iki ölkənin anlaşmalarının digər cəhəti adlandırıb və bu əməkdaşlıqların genişləndirilməsini istəyib.
Çin prezidenti də bu görüşdə Tehran-Pekin münasibətlərinin genişlənməsi və müsbət əlaqələrə toxunub və bildirib: Çin İranla strateji münasibətləri inkişaf etdirməyə maraqlıdır.
Tsi Cinpinq həmçinin İran və Altılıq qrupu arasında nüvə müzakirələrinə toxunub və deyib: Çin bu müzakirələrin tez bir zamanda nəticəyə çatmasına maraqlıdır və müzakirələrin yekun mərhələyə daxil olduğu və tərəflərin bu müzakirələrdə nəticəyə çatmağa qətiyyətli olduğuna inanır.

Teqlər