İyul 10, 2015 10:28 Asia/Baku
  • General Səfəvi: Fələstinin xilas yolu müqavimətdir
    General Səfəvi: Fələstinin xilas yolu müqavimətdir

İran İslam Respublikası Ali Baş Komandanın ali müşaviri Fələstinin yeganə xilas yolunu müqavimət adlandırıb.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, general Rəhim Səfəvi Fələstin xalqının azadlıq və xilasını arzu edərək bildirib: Fələstinin yeganə xilas yolu həqiqi islam bayrağı altında müqavimətdir.
Sionist rejim tərəfindən işğal olunan Fələstin ərazilərinin genişliyi və Qəzzə zolağında insanların faciəvi vəziyyətindən təəssüflənən general Səfəvi bildirib: Təxminən 2 mlyon fələstinli elə bir yerdə yaşayır ki, onların 70%-i yoxsulluq səviyyəsindən aşağıdır.
İranın Ali Baş Komandanının ali müşaviri əlavə edib: İmam Xomeyni (rə) Ümumdünya Qüds Gününü elan etməklə dünyanın diqqətini Fələstində baş verməkdə olan insan faciələrinə yönəltdi və beləliklə Ümumdünya Qüds Günü dünyada bir simvola çevrildi.
General Rəhim Səfəvi qərb və sionist mediaların Fələstin məsələsini unutmaq üçün məkrli fəndləri, o cümlədən terror qruplaşmalarını təşkil etməyin Yaxın Şərqin müxtəlf bölgələrində iğtişaş yaratmaq məqsədi daşıdığını bildirərək deyib: Xalqın Ümumdünya Qüds Günü yürüşündə iştirakı Fələstin üçün başqa bir hərəkata, eləcə də sionist rejimi dəstəkləyən qüdrətlərin nigaranlığı və qorxusuna səbəb olacaq.
Bu gün cümə günü Ümumdünya Qüds Günüdür. Dünyada müsəlmanlar aksiya keçirərək sionist rejimə və bu rejimin cinayətlərinə öz nifrətini bildirirlər.

Teqlər