Zərif: Qarşı tərəf öz mövqelərini dəyişib
İyul 10, 2015 10:53 Asia/Baku
İran xarici işlər naziri deyib: İranın 5+1 Qrupu ilə nüvə müzakirələrində qarşı tərəf öz mövqelərini dəyişib.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İran xarici işlər naziri Məhəmməd Cavad Zərif cümə axşamı günü Altılıq qrupu nümayəndələri ilı sıx müzakirələrdən sonra deyib: Təəssüflər olsun ki, biz həm mövqelərin dəyişilməsi, həm də tamahkarlığın şahidiyik və bu vəziyyət anlaşmanı əldə etməyi çətinləşdirib.Məhəmməd Cavad Zərif Vyanada İmam Əli (ə) islam mərkəzində əhya mərasimi, Əmirəl-möminin Əlinin (ə) şəhadətinin ildönümü günləri ilə əlaqədar başsağlığı verdikdən sonra əlavə edib: Müzakirələr xüsusi çətinliklərə malikdir. Xüsusilə də indi müzakirənin son günləri ola bilər.
Zərif deyib: Azala və yaxud arta bilən hər bir kəlmə ilə yekun nəticədə əsaslı dəyişiklik ola bilər. Elə buna görə, həm biz diqqətlə müzakirə aparırıq, həm də qarşı tərəf diqqətlə işləyir.
İran xarici işlər naziri bildirib: Hamımız bütün səyimizi göstəririk və İslam İnqilabının Böyük Rəhbəri və rəsmilərin dəfələrlə dedikləri kimi, biz izzətli müzakirə və anlaşma ardıncayıq.
Zərifin sözlərinə görə, müzakirəilər müzakirələri davam etdirir və müzakirə masasını tərk etməyib və heç vaxt da tərk etməyəcək. Əgər qarşı tərəf bərabər şərafətli bir anlaşma ardınca olarsa, mütləq bu anlaşma əldə olunasıdır.
İranın xarici diplomatiya idarəsinin rəhbəri əlavə edib: Hazırda elə bir mərhələyə çatmışıq ki, doğrudan da qarşı tərəflər anlaşma və yaxud təzyiq ardınca olmaq barədə qərar verməlidirlər. Biz dəfələrlə demişik ki, anlaşma və təzyiq bir yerə toplanılası deyildir və bu ikisindən birini seçməlidirlər.
Nüvə anlaşmasının əldə olunması üçün gözləntilərin olmasına baxmayaraq, cümə axşamı gününün sonuna qədər bu məsələ gerçəkləşmədi.