Zərif və Kerrinin müzakirələri
İyul 10, 2015 14:58 Asia/Baku
Media mərkəzləri nüvə danışıqlarını anbaan izləməkdədir. Lakin hələlik ziddiyyətli xəbərlər yayımlanmaqdadır.
Səhər Beynəlxalq televiziyasının məlumatına görə, İran xarici işlər naziri Məhəmməd Cavad Zərif və ABŞ dövlət katibi Con Kerrinin görüşü bu gün Vyananın Koburq otelində keçirilib.Həmid Bəidinejadın başçılığı ilə ekspert iclası da eyni zamanda başlayıb.
Ötən gecə də İranın Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi ABŞ-ın energetika naziri Ernest Munizlə görüşərək danışıqlar aparıb.
İran xarici işlər naziri ötən gecə bildirib: Təəssüflər olsun ki, biz həm mövqelərin dəyişilməsinin, həm də tamahkarlığın şahidiyik. Eyni zamanda Altılıq qrupunda bir neçə ölkənin fərqli mövqeyə malik olduğunu müşahidə edirik və bu vəziyyəti çətinləşdirib.