İyul 10, 2015 16:55 Asia/Baku
  • Müqavimət Fələstin xalqının qələbəsinin yeganə yoludur
    Müqavimət Fələstin xalqının qələbəsinin yeganə yoludur

Tehranın bu həftəki cümə namazı xətibi deyib: Müqavimət işğalçılar qarşısında Fələstin xalqının qələbəsi və Qüds-Şərifin azad olunması üçün yeganə yoldur.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Tehranın bu həftəki cümə namazını xətibi Ayətullah Əhməd Xatəmi Fələstin ərazilərinin işğalının 6 dekadadan çox olduğuna toxunub və deyib: Fələstinlə əlaqədar indiyə qədər tətbiq olunan iclaslar, müzakirələr və müqavilələr nəticəsiz olmuş və bu diyarın insanları üçün heç bir xeyir iş görülməmişdir.
Tehranın cümə namazı xətibi əlavə edib: Əgər Fələstinin azadlığı məsələsində indiyə qədər müsbət addım atılıbsa, yalnız intifazə və müqavimət yolu ilə olub. Elə həmin müqavimət mədəniyyəti İran xalqını 36 il öncə qələbəyə çatdırdı və bu illər ərzində səhnədə saxlamışdır.
Ayətullah Xatəmi uzun illər ərzində İsrail rejiminin cinayətləri, o cümlədən Səbra, Şətila və Qəzzədəki kütləvi qırğınları, xəstəxana və məscidləri məhv etməsi bu anti-bəşər rejimin qara dosyesinin bir hissəsi adlandırıb və deyib: Sionist rejim beynəlxalq qüdrətlərin dəstəyinə malik olmasına baxmayaraq, məhv olmağa yaxındır.
Ayətullah Xatəmi İranda builki Ümumdünya Qüds Günü yürüşünü də ötən illə müqayisədə daha əzəmətli və qəhrəmanlıq nümunəsi adlandırıb və deyib: Bu gün İran xalqı müşriklərdən bəraəti elan edərək dünyaya bu müraciəti çatdırdı ki, İslam İnqilabının hüquq və amallarının yolunda, o cümlədən Qüds-Şərifin azadlığı və fələstinlilərin işğalçı rejimə qalib gəlməsi yolunda öncüldür.
Tehranın müvəqqəti imam cüməsi İsrail rejimini məhv etmək üçün islam ölkələrinin birliyinin vacibliyini vurğulayaraq Fələstində problemlərin həlli üçün referendumun keçirilməsinə dair İranın layihəsini faydalı adlandırıb və əlavə edib: Fələstin xalqı özü öz müqəddəratını təyin etməli və istədiklərinə qanunilik verməlidir.
Ayətullah Xatəmi həmçinin nüvə müzakirələrinin prosesinə toxunaraq deyib: İranın mənafeyi çərçivəsində yaxşı anlaşmanın əldə olunması İslam İnqilabının Böyük Rəhbəri, İranın üçlü qüvvəsinin rəsmiləri və xalqın qətiyyətli mövqeyidir və hamı, o cümlədən nüvə müzakirəçiləri bu sahədə yekdil rəyə malikdirlər.
Tehranın bu həftəki cümə namazının xətibi son günlərdə Amerikanın mövqelərinin dəyişilməsi və bu sahədə ziddiyyətli xəbərlərin yayılması barədə bildirib: Amerikalılar öhdəliyə sadiq qalmırlar və bu, Amerikanın heç vaxt etimad ediləsi olmadığını sübuta yetirir.
Tehranın cümə namazı xətibi həmçinin Yəməndəki insan faciəsindən təəssüflənərək əlavə edib: Ali-Səud rejimi ən yaxşı xidməti sionist rejimə etdi və sonda meydanın qalibi olacaq tərəf Yəmən xalqıdır.

Teqlər