İyul 10, 2015 17:45 Asia/Baku
  • Müxtəlif medialar İran xalqının yürüşünü geniş əks etdiriblər
    Müxtəlif medialar İran xalqının yürüşünü geniş əks etdiriblər

Regional və beynəlxalq medialar İran xalqının Ümumdünya Qüds Günü yürüşündəki iştirakını geniş şəkildə əks etdiriblər.

Səhər Beynəlxalq Televiziyasının Təsnim Xəbər Agentliyinə istinadla verdiyi məlumata görə, İran xalqının Fələstin xalqına dəstək və sionist rejimin cinayətlərini pisləmək üzrə cümə günü Ümumdünya Qüds Günündə keçirdiyi yürüş regional və beynəlxalq medialarda böyük rezonans doğurub.
Bu istiqamətdə Livanın əl-Əhd xəbər portalı Tehranda və İranın digər 770 şəhərində vətəndaşların və siyasi və dini şəxsiyyətlər, o cümlədən prezident Həsən Ruhani, İslam Şurası Məclisinin sədri Əli Laricaninin iştirakı ilə Ümumdünya Qüds Günü yürüşünün keçirildiyini bildirib.
Əl-Əhd xəbər portalı yazıb: İran xalqı öz şüarlarında islam vəhdətini dəstəkləyib və modern cahillik və Qəzzədən tutmuş Yəmənə qədər uşaqların qətlə yetirilməsini pisləyib.
Əl-Ərəbi xəbər portalı da Ümumdünya Qüds Gününün minlərlə iranlının iştirakı ilə keçirildiyini bildirib və yazıb: İranlılar bir daha illik yürüşdə fələstinliləri dəstəklədi və "ABŞ-a ölüm!" və "İsrailə ölüm!" şüarlarını səsləndirdilər.
Əl-Youm əl-Sabe qəzeti və Mühit xəbərportalı da Tehran və İranın digər 770 şəhərində keçirilən Ümumdünya Qüds Günü yürşünün keçirildiyini əks etdirib və insanların geniş iştirakı və "İsrailə ölüm!" və "ABŞ-a ölüm!" fəryadlarına toxunublar.
Həmçinin İraqın Bərasa İnformasiya Agentliyi yazıb: İran xalqı Ümumdünya Qüds Günü yürüşündə məzlum Fələstin xalqına kömək çatdırmaq və Fələstin məsələsini gündəmdə saxlamaq üçün irimiqyaslı yürüş keçirdi.
Birləşmiş Ərəb Əmirliklərinin İrəm Nyuz xəbər portalı da İran xalqının Ümumdünya Qüds Günündəki yürüşünü əks etdirib və yazıb: İranlılar qərb, xüsusilə də Amerikanın Fələstin xalqının repressiya, kütləvi qırğın və mühasirə edilməsi üzrə siyasətlərinə qarşı şüarlar səsləndirib və bildiriblər ki, Fələstinin islam ümmətinin vicdanında yeri vardır.
Londonda çıxan Əl-Qüds əl-Ərəbi qəzeti də bildirib ki, Tehran Universitetinə bitişən küçələr Ümumdünya Qüds Günündə insanların geniş iştirakının şahidi olub. İranlılar "ABŞ-a ölüm!" və "İsrailə ölüm!" şüarı veriblər.
Fransa İnformasiya Agentliyi də yazıb: İran xalqı Ümumdünya Qüds Günündə Ərəbistanın Yəmənə hücumlarını pisləyib və Fələstin və Yəməndə uşaqların kütləvi qırğınına son qoyulmasını tələb edib.

Teqlər